Drew University
Drew Universiteti ABŞ-ın New Jersey ştatının Madison şəhərində yerləşən özəl universitetdir. Universitet geniş yaşıllıqlar ətrafında yerləşdiyi üçün bəzən “University in the Forest” (Meşədə Universitet) adlandırılır. Drew Universiteti Amerika Təhsil Şurası, Ali Məktəb Şurası və Amerika Kollecləri və Universitetləri Assosiasiyasının üzvüdür.
Universitet tələbələr üçün geniş kampus həyatı və fəaliyyət istiqamətləri təklif edir. Burada bir sıra sahələrdə tələbələrə dəstəyi nəzərdə tutan tələbə xidmətləri mərkəzləri, müxtəlif idman növləri, teatr və tamaşa ifaları və digər sferalarda fəaliyyət imkanları təklif edir. Universitetin özünün 1928-ci ildən bəri The Acorn adlı həftəlik qəzeti buraxılır və Universitet daxilində tələbə-radio stansiyası fəaliyyət göstərir.
Drew Universitet aparıcı istiqaməti olan bakalavr dərəcəsi üzrə Liberal Art Kollecı nəznində 30 akademik sahə üzrə proqramlar təklif edir. Magistratura dərəcəsi üzrə isə tibb, teologiya və ədəbiyyat üzrə təhsil proqramları tədris edilir.
İllik təhsil haqqı-60 000$