Özyegin Universitesi
Özyeğin Universiteti Türkiyənin 2007-ci ildə qurulmuş özəl universitetlərindən biridir. Universitetin əsas məqsədi məzunların iş dünyasına hazırlığı, bir neçə dildə səlis danışma qabiliyyəti, məzun olmamışdan əvvəl xarici ölkələrdə təcrübə proqramlarında iştirak etmələri və cəmiyyətə faydalı bir şəxs kimi formalaşlarını təmin etməkdir. Universitet geniş miqyaslı imkanlara sahibdir. Özyeğin Universiteti bakalavr, magistratura, doktorantura, müxtəlif ixtisas artırma və dil tədrisi kursları ilə tələbələrə geniş imkanlar vəd edir.
Universitetin akademik həyatı olduqca zəngindir. Türkiyənin ən yaxşı professor-müəllim heyəti Özyeğin universitetində mühazirələrlə çıxış edirlər. Akademik struktruruna görə Özyeğin universiteti bakalavr üzrə 6 fakültədə 23 proqramdan, magistratura pilləsi üzrə 3 institutda 32 proqramdan ibarətdir. Eyni zamanda universitetdə müxtəlif ixtisasartırma, dil kursları, xarici universitetlərlə əməkdaşlıq əlaqlələrinə görə müxtəlif akademik kreditlərin ödənməsini nəzərdə tutan proqramlar təklif edir.
Özyeğin Universiteti Türkiyənin ən inkişaf etmiş kampuslarından birinə sahibdir. Kampus Çekmeköyde yerləşir və tərkibində tədris binası, kitabxana, idman zalları, tələbə klubları, araşdırma labaratoriyaları yerləşir. Tələbələr kampusda həm tədris ala, həm yaşaya, həm də işləyə bilərlər. Özyeğin universiteti tələblərin asudə vaxtlarının səmərəli keçməsi üçün kampusda hər cür imkanlar yaratmışdır.
Özyeğin Universitetinin üstünlüklərindən biri də Özyeğin burslarıdır. Universitetdə bakalavr üzrə təhsil alan tələbələrin 100-də 88-i təqaüdlü təhsil alır. Eyni zamanda Özyeğin məzunu olan tələbələrə təhsilini bu universitetdə davam etdirmək üçün güzəştli şərtlər də təklif olunur.
Özyeğin Universiteti həm akademik komandası, həm tələbələri, həm də məzunları ilə beynəlxalq siyahılarda, reytinqlərdə, mükafatlarda xüsusi yerlər qazanmaqdadır. Universitet 2017-2018 tədris ili üzrə "Araştırmada Üstün Başarı", "Hizmette Üstün Başarı", "Eğitimde Üstün Başarı", "İdari Destekte Üstün Başarı", "Rektör Özel Ödülü" kimi mükafatların sahibi olmuşdur. Dünyaca məhşur Forbesin "30 Altı 30" siyahısında iki Özyeğin məzunu yer almaqdadır. Eyni zamanda Özyeğin Universitetinin 7 müəllimi bu il "Dünyanın ən təsirli müəllimləri" siyahısında yer almışdır. Hər il yüzlərlə məzunu Türkiyənin nüfuzlu şirkətlərində - Vodafone, Vestel, Türk Hava Yolları, Fiba Group, Bosch, QNS Finans Bankı kimi şirkətlərdə işə başlamaqdadır.
Özyeğin Universitetində təhsil almaq istəyən namizədlər aşağıdakı fakültələrə qəbul ola bilərlər:
Hüquq Fakültəsi
İdarəçilik Fakültəsi
Mühəndislik Fakültəsi
Memarlıq və Dizayn Fakültəsi
Sosial Elmlər Fakültəsi
Aeronavtika və kosmonavtika fakültəsi
Niyə Özyeğin Universiteti?
- Beynəlxalq əlaqələrinə görə - dünyanın 34 ölkəsində ABŞ, Kanada, Avropa, Avstraliya və s 110-dan çox universitetlə əməkdaşlıq edir
- İxtisaslı kadr yetişdirməklə bağlı universitetin hədəfləri - məzunları bitirdikləri ixtisaslar üzrə Türkiyənin və dünyanın ən yaxşı şirkətlərində çalışırlar
- Beynəlxalq səviyyəli akademik heyət - Özyeğin universitetində tədrisi aparan akademik heyyətin 60% - i öz təhsilini xarici universitetlərdə almış, 85% - i tədris etdiyi fənnlər üzrə dünyanın TOP 200 universitetində təcrübə görmüş, 73%-i isə doktorantura pilləsini dünyanın ən yüksək reytinqli universitetlərində bitirmişdir.
- Yenilikçi və müasir universitet - Özyeğin universiteti Türkiyənin ən müasir 10 universitetindən biridir.
- Ən yüksək burs verən universitetlərdən biri olması - 5 il ərzində universitet yüzlərlə tələbə üçün 200 milyon tl-dən çox təqaüd imkanı yaratmışdır.
Özyeğin Universitetinin Azərbaycanda əməkdaşlıq etdiyi Kaspi Təhsil Şirkəti - Kaspi Xaricdə Təhsil sizə bu universitetdə təhsili əlçatan edə bilər. Özyeğin Universitetində təhsil üçün Kaspi Xaricdə Təhsilə müraciət edin.