Regent's University London

Regent's University London

Regent’s London Universiteti Birləşmiş Krallığın 6 özəl universitetindən biridir. Gələcəyin global liderlərini yetişdirməyi özünə qaye edən Universitetdə bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil proqramları təklif edir. Regents London Universiteti özünün beynəlxaq mühiti ilə seçilir. Universitetdə təhsil alan 3 mindən çox tələbənin 55%-i dünyanın 130 ölkəsindən gəlmişdir.

Universitet kampusu Londonun mərkəzi Regent Parkında yerləşir. Universitet əsasən biznes və menecment, Moda və Dizayn, Film,Mediya və Aktyorluq, Dilçilik, Humanitariya, Siyasət və Beynəlxalq münasibətlər, Psixoterapiya və Psixologiya sahələri üzrə ixtisaslaşmışdır.