Bukingham Universiteti
Ingiltərənin Bukingham şəhərində yerləşən Bukingham Universiteti Birləşmiş Krallığın qeyri-kommersiya əsaslı top 5 özəl universitetindən biridir.
Universitet 5 məktəbdə bakalavr, magistratura və dokrorantura dərəcələri üzrə tədris proqramları təklif edir. Universitetin təşkil olunduğu məktəblər bunlardır: Biznes;Elm və Tibb; Hüquq; Humanitariya; İncəsənət və Linquistika Məktəbləri. The Times and The Sunday Times 2017-ci ilin ən keyfiyyətli təhsilinə malik universiteti kimi Buckingham Universitetini birinci yerə layiq görmüşdür. The Complete University Guide 2016 nəticələrinə görə isə ən təhlükəsiz kampusa malik universitetdir. Eyni zamanda, biznes, iqtisadiyyat və menecment ixtisaslarına əsasən top 20-ə daxildir.