Bangor Universiteti

Bangor Universiteti

Bangor Universiteti Uelsin Bangor şəhərində yerləşir.  2012-ci ildə Sunday Times University Guide Bangor Universitetini Uelsin ən yaxşı universitetləri sırasında birinci, Birləşmiş Krallıq universitetləri  arasında isə 15-ci yerə layiq görmüsdür.  Eyni zamanda, Krallıq universitetləri arasında tələbələr üçün gələcək karyera imkanları baxımından top 5-liyə daxildir. Universitetin yerləşdiyi şəhər Birləşmiş Krallığın ən münasib və yaşam şərtlərinə görə sərfəli şəhərlərindən biridir. Bu da tələbələrin təhsil almaq üçün məhz bu şəhəri seçməyində önəmli faktorlarındadır. 

Universitet 5 kollecdən ibarətdir. İncəsənət və Humanitariya Kolleci, Biznes, Hüquq, Təhsil və Sosial Elmlər Kolleci, Təbiət Elmləri Kolleci, Sağlamlıq və Davranış Elmləri Kolleci, Fizika və Tədbiqi Elmlər Kolleci. Hər bir Kollec özü bir neçə məktəb və tədqiqat institutlarına bölünmüşdür.

Universitetdə təhsil haqqı dərəcə və ixtisaslardan asılı olaraq 12 000-15 000 £ arasındadır.