Westminster Universiteti
Vestminster Londonda yerləşən dövlət universitetidir. Universitetin əsası 1838-ci mühəndis və auronavtika mütəxəssisi George Cayley tərəfindən yaradılmış Politexnik İnstitutu ilə əlaqələndirilir. Birləşmiş Krallığın ilk politexnik müəssisəsi olan institut 1992-ci ildə Vestminster Universiteti adlandırılmışdır. Universitet bir çox önəmli tarixi hadisələrə də şahid olmuşdur. Belə ki, universitet 1841-ci ildə Avropada ilk dövlət fotoqrafik portret studiyası açmışdır və 1896-cı ildə Lumiere qardaşları tərəfindən təşkil edilmiş ilk hərəkətli şəkil nümayişinə ev sahibliyi etmişdir. Bu yaxınlarda, o, Birləşmiş Krallıqda ilk dəfə insan məskunlaşması və inkişafı ilə məşğul olan Birləşmiş Millətlər Habitat ilə partnyorluq əlaqəsi qurmuşdur.
Beynəlmiləlləşməyə böyük önəm verən univeritet dünyanin hər yerindən 22 min tələbəyə öz qapılarını açır. Üçü Londonun mərkəzində ( Cavendish, Marylebone and Regent Street) biri isə Şimal-Qərbi Londonda ( Harrow) yerləşən 4 korpusdan ibarət universitet 5 fakkültədə birləşir: Memarlıq və Tikili Ətraf fakültəsi; Sosial elmlər və Humanitariya fakültəsi; Vestminster Biznes məktəbi; Vestminster Hüquq məktəbi və Vestminster Media, İncəsənət və Dizayn məktəbi.
Universitetin Londonun mərkəzində yerləşməsi tələbələrin şəhərin bir çox görməli mədəniyyət atraksiyonlarına çox rahat keçməsini təmin edir. Son zamanlarda qoyulan 20 milyon poundluq investisiya nəticəsində universitet müasir infrastruktur və təchizatla təmin edilmiş idman obyektlərini tələbələr üçün təklif edir. Universitetin, eyni zamanda, müasir incəsənət və memarlıq nümayişi üçün sərgi zalı da mövcuddur.
Biznes və İqtisadiyyat
-Hesablama və maliyə
-Biznes və menecement
İncəsənət və humanitariya
-Memarlıq
-İncəsənət, aktyorluq və Dizayn
-Tarix, Filisofiya və Dinçilik
-Dil, Ədəbiyyat və Dilçilik
Həyat elmləri
-Biologiya elmləri
Sosial elmlər
-Kommunikasiya və mediya elmləri
-İqtisadiyyat və ekonometriya
-Təhsil
-Coğrafiya
Hüquq,
-Siyasət, beynəlxalq elmlər
-Psixologiya
-Sosialogiya
Komputer elmləri
Mühəndislik
-Elektrik və elektronik mühəndisliyi
-Mexaniki və aerofəza mühəndisliyi