Surrey Universiteti
Surrey Universiteti Birləşmiş Krallığın ən professional, elmi və texnologiya universitetlərindən biridir. “The Times and Sunday Times University of the Year 2016” –a əsasən Surrey Universiteti təhsil və tədqiqatda dünya səviyyəli profili və məşhurluğu ilə seçilir.
2000-ci ildən etibarən universitet 130 milyonu tələbə yataqxanası, 36 milyonu İdman Parkı, 16 milyonu kitabxana və təlim mərkəzi və 4.5 milyonu İncəsənət Mərkəzi olmaqla 400 milyon pound dəyərində binaların inkişafı və yenidən tikilməsi proqramını həyata keçirir.
Universitet biliyin cəmiyyətin xeyri və mənfəətinə xidmət etməsini təmin etmək məqsədilə tələbələr, biznes, dövlət və sivil cəmiyyətlər ilə sıx əlaqələr qurmuşdur.
Kampus və yerləşmə
Təhlükəsiz və bütün təhsil infrastruktur imkanları ilə təmin edilmiş universitet korpusu yerləşdiyi və 2015 Halifax Həyat Keyfiyyəti Sorğusuna görə Birləşmiş Krallığın yaşamaq üçün ən yaxşı 9-cu yeri seçilən Guildford şəhərinin mərkəzindən 10 dəqiqəlik məsafədə yerləşir. Londona Guilford qatar stansiyasından 34 dəqiqəlik səyahət ilə getmək mümkündür.
Sıralama
Son illərdə universitet özünü Krallığın ən yaxşı 10 universiteti sıralamasına daxil etməyi bacarmışdır.
İş perspektivi
Biz məzun tələbələrimizin yüksək işə düzəlmə və peşə həyatına atılma dərəcəsinə görə fəxr edirik. Universitetin Karyera Xidmət Mərkəzi tələbələrimizin xidmətində olaraq məzun olduqdan sonra iş imkanları, təcrübə proqramları və ya təhsili davam etdirmək barəsində öz təklif və məsləhətlərini bölüşürlər.
Beynəlmiləl imkanlar
Qlobal problemlər həll etmək, tədqiqat və innovasiyanı genişləndirmək, gənclərə yaşadığımız dünyanı qorumaq arzusunu aşılamaq kimi missiyalara töhfə verən Beynəlmilələşmə Universitetin bütün fəaliyyət sahələrində öz əksini tapmışdır. Biz tələbələrimizi xarici əlaqələrimiz və netvorklarımızdan istifadə etmək üçün ruhlandırırıq.
Beynəlxalq dəstək
Dünyanın 120 müxtəlif ölkəsindən təşrif etmiş tələbələrimiz sayəsində Surrey Universiteti Birləşmiş Krallığın mədəni müxtəlifliyi ilə seçilən universitetlərindən birinə çevrilmişdir. Beynəlxalq Ofisin əməkdaşları müraciət prosesinin bütün mərhələlərində- təhsil proqramının seçilməsindən VİSA müraciətinə qədər tələbələrə yaxından köməklik göstərir.
Tədqiqat
Surrey Universiteti
Universitetin əsas tədqiqat istiqaməti müasir dövrün ən aktual problemlərinə ünvanlanıb və bu sahədə tələbələrin ruhlandırılması və dünyanı daha da yaxşılaşdırmaq istəyinin aşılanmasına böyük önəm verir. 2014-cü ildə Research Exercise Framework-a görə universitet tədqiqatlarının 98%-i beynəlxalq səviyyəli, mükəmməl və original kimi qiymətləndirilmişdir.
İnfrastrukturlar
2015-ci ildə Universitet Whatuni student Choice mükafatlandırmasına görə ən yaşxı imkanları və infrastrukturları olan universitet seçilmişdir. Universitetin ən yaxşıları sırasında investisiya dəyəri 36 milyon pound olan İdman Parkı və 16 milyon pound olan Kitabxana və Tədris mərkəzi də daxildir.
Surrey İdman Parkı Avropanın aparıcı idman fəaliyyətlərinin mərkəzi və eyni zamanda, Surrey komandasının evidir. Peşəkarlıq səviyyəsindən asılı olmayaraq hər kəsi bizim İdman Parkımıza dəvət etməkdən məmnun olarıq.
Kitabxana və tədris mərkəzi universitet kampusunun əsas mərkəzidir. Biz universitet kitabxanasına güclü tədris və öyrənmə mədəniyyəti mühiti yaratmaq məqsədilə son 5 ildə 16 milyon pounluq investisiya qoymuşuq.
Kampus həyatının ürəyində yerləşən Tələbə Birliyi tələbələrə yeni maraqları kəşf etmək, əylənmək və yeni dostlar qazanmaq üçün geniş fəaliyyət imkanları təklif edir.
Biznes və İqtisadiyyat
-Hesablama və maliyə
İncəsənət və humanitariya
-İncəsənət, aktyorluq və Dizayn
-Dil, ədəbiyyat və dilçilik.
Həyat elmləri
-Biologiya elmləri
-İdman
Fizika elmləri
-Kimya
-Riyaziyyat və statistika
-Fizika və astronomiya
Mühəndislik və texnologiya
-Kimya mühəndisliyi
-Sivil mühəndislik
-Elektrik və elekrtronik mühəndisliyi
-Mexaniki və aerofəza mühəndisliyi
Sosial elmlər
-Kommunikasiya və mediya elmləri
-İqtisadiyyat və ekonometriya
-Təhsil
-Coğrafiya
Hüquq,
Siyasət, beynəlxalq elmlər
Psixologiya
Komputer elmləri