Strathclyde Universiteti
1796-cı ildə əsası qoyulan Strathclyde Universiteti Glasgow, Şotlandiyada ən qədim universitetlərdən biridir. Andersonian İnstitutu adı ilə yaranan təhsil mərkəzi 1964-cü ildən ilk texnologiya universiteti kimi fərqlənir.
Strathclyde Universiteti, qurucusunun adı ilə adlandırılan Anderson kampusunda yerləşir. Bütün ifrastruktur və imkanlarla təmin olunmuş korpus şəhər mərkəzinə olduqca yaxındır və çoxlu tələbə birliklər və futbol, amerikan futbolu, qapalı tenis meydançaları və gimnastika imkanlarının daxil olduğu bir sıra idman məşğuliyyətləri təklif edir. Texnologiya və innovasiya Mərkəzi və ixtisaslaşdırılmış əczaçılıq imkanlarının daxil olduğu akademik infrastrukturları 2015-ci il İyul ayında açılmışdır.
Kampusun Glasgov şəhər şərkəzinə yaxın məsafədə yerləşməsi şəhərdə mümkün olan müxtəlif fəaliyyət imkanlarına və geniş transport xətlərinə çıxışı asanlaşdırır. Eyni zamanda, kampus , xüsusilə 1-ci kurs bakalavr tələbələrini 2000-ə yaxın otaqla təmin etmək qabiliyyətindədir.
Bir çox predmet və proqramları təklif edən universitet texnologiya və elmə daha çox fokuslaşır. Sağlamlıq, İstehsalat, enerji və digər sahələri əhatə edən tədqiqat və araşdırma universitetin təklifləri sırasındadır. Universitet eyni zamanda, həm ölkədaxili hə də xarici olmaqla müxtəlif biznes partnyorları və təhsil mərkəzləri ilə əməkdaşlıq edir.
Biznes və İqtisadiyyat
-Hesablama və maliyə
-Biznes və menecement
İncəsənət və humanitariya
-Arxeologya
-İncəsənət, aktyorluq və Dizayn
-Tarix, Filisofiya və Dinçilik
-Dil, ədəbiyyat və linquistika
-Biologiya elmləri
Fizika elmləri
-Kimya
-Geologiya, Ətraf mühit və Dəniz elmləri
-Riyaziyyat və statistika
-Fizika və astronomiya
Sosial elmlər
-Kommunikasiya və mediya elmləri
-İqtisadiyyat və ekonometriya
-Təhsil
-Coğrafiya
Hüquq,
-Siyasət, beynəlxalq elmlər
-Psixologiya
Komputer elmləri