St Andrews Universiteti

St Andrews Universiteti

St Andrews Universiteti Şotlandiyada birinci, ingilis dilli ölkələrdə isə yaranan üçüncü universitetdir. Universitet Fife Krallığında. cənub sahilin eyni adlı mərkəzi şəhərində yerləşir. Universitetlərin yaradılmasının yalnız Papanın razılığı ilə həyata keçirildiyi bir zamanda St Andrews Papa XII Benediksdən xeyir-dua alaraq 1413-cü ildə universitetin əsasını qoymuşdur.

Bu gün Incəsənət, Din, Tibb və Elm daxil olmaqla 4 fakültə çərçivəsində 900-a yaxın təhsil proqramları təklif edilir. Tələbələrinin yalnız üçdəbirinin Şotlandiyadan, qalan əksəriyyətinin isə 120-ə yaxın xarici ölkələrdən olduğu Universitet ölkədə ən az tələbə xaric edilməsi və kəsilməsinə görə seçilir.

Kiçik St Andrews qəsəbəsinin 17000 əhalisi vardır ki, bunun 7500 nəfəri universitetdə təhsil alan tələbələrin payına düşür.

Biznes və iqtisadiyyat

-Hesablama və maliyə

-Biznes və menecement

İncəsənət və Humanitariya

-Tarix, Filisofiya və Dinçilik

-Dil, Ədəbiyyat və dilçilik

Həyat elmləri

-Biologiya elmi

Fizika elmi

-Kimya

-Riyaziyyat və statistika

 -Fizika və astronomiya

Komputer elmi

Sosial elmlər

-İqtisadiyyat

-Coğrafiya

-Siyasət və beynəlxalq tədqiqatlar

Tibb və diş həkimliyi