Sheffield Universiteti

Sheffield Universiteti

Cənubi Yorkshire –da, Sheffield şəhərində yerləşən Sheffield Universiteti dövlət tədqiqat universitetlərindən biri olaraq Russell tədqiqat universitetləri qrupunun üzvü və “Qirmizi kərpic”universitetlərindən biridir. Əsası 1897-ci ildə Sheffield tibb məktəbi, Firth Kolleci və Sheffield Texniki məktəbinin birləşdirilməsi nəticəsində yaradılan Sheffield Kollec Universitetinə əsaslanır.

Bu gün universitet 3900-u 120 ölkədən xarici olmaqla 25000 tələbəsi və 6000 işçi heyəti olan təhsil mərkəzidir. Universitetin akademik şöbələri 6 fakültəyə ayrılmışdır: İncəsənət və humanitariya; Mühəndislik; Tibb, Diş həkimliyi və Sağlamlıq; Elm; Sosial elmlər və Beynəlxalq fakültə.

Sheffield Universitetinin 5 Nobel mükafatçı məzun tələbəsi var: Tibb/ Psixologiya üzrə Lord Florey 1945, Sir Hans Krebs 1953, Richard Roberts 1993, Kimya üzrə Lord Porter 1967, Sir Harry Kroto 1996.

Universitetin yerləşdiyi Sheffield şəhəri 2015-ci ildə Natwest Student Living Index- ə əsasən Birləşmiş Krallığın təhsil almağa yaşamaq üçün 4-cü ən sərfəli və ucuz şəhərləri sırasına daxil edilmişdir.

 Peak District Milli Parkına yaxın olan şəhər eyni zamanda, Şimali İngiltərənin Leeds, Manchester və New Castle kimi iri şəhərlərinə qısa məsafədə yerləşir.

 

 

Biznes və İqtisadiyyat

-Hesablama və maliyə

İncəsənət və humanitariya

-Arxeologya

-İncəsənət, aktyorluq və Dizayn

-Tarix, Filisofiya və Dinçilik

Həyat elmləri

-Biologiya elmləri

Fizika elmləri

-Kimya

-Geologiya, Ətraf mühit və Dəniz elmləri

-Riyaziyyat və statistika

-Fizika və astronomiya

Sosial elmlər

-Kommunikasiya və mediya elmləri

-İqtisadiyyat və ekonometriya

-Təhsil

-Coğrafiya

Hüquq,

Siyasət, beynəlxalq elmlər

Psixologiya

Komputer elmləri

Kliniki və sağlamlıq

-Tibb və Diş həkimliyi