Nottingham Universiteti
Nottingham Universiteti Birləşmiş Krallığın dövlət tədqiqat universitetlərindən biridir. 1881-ci ildə şəhərin ilk sivil kolleci kimi yaradılan təhsil ocağının binası 1928-ci ildə universitetin indiki əsas kampusuna köçürülmüşdür. 1948-ci ildə Krallıq Nizamnaməsi əldə edərək universitet tatusu əldə etmişdir. Universitet yaradıldıqdan etibarən innovasiyalara böyük maraq ayırmışdır.Universitet 1970-ci ildə Birləşmiş Krallığın ilk XX ərs Tibb məktəbini, 1997-ci ildə isə Mid-Trent College of Nursing və Midwifery universitetlərinin birləşməsi nəticəsində Tibb bacısı məktəbini yaratmışdır. 2000-ci ildə Malaziyada kampusun əsasını qoyan universtet 5 ildən sonra Kuala Lumpur yaxınlığında növbəti kampus yaratmışdır. Nottingham, Çinin Şanxay şəhərində mütəqil kampus yaradan ilk xarici universitetdir. Universitetin dünyanın 150 ölkəsindən 40 minə yaxın tələbəsi var. Müxtəlif dərəcə proqramları çərçivəsində tələbələrin İsveç, Meksika, Yaponiya, Yeni Zellandiya və ABŞ kimi digər xarici ölkələrdə təhsil almaq imkanları mövcuddur. Nottingham bir sira Nobel mükafatı laureatları, aparıcı alimlər siyasətçilər, yazıçılar və Olimpiya oyunları qaliblərinin təhsil aldığı universitetdir.
Bu gün universitet 5 fakültədən ibarətdir: İncəsənət, Tibb və Sağlamlıq,Elm, mühəndislik və sosial elmlər.
Biznes və İqtisadiyyat
-Hesablama və maliyə
İncəsənət və humanitariya
-Arxeologya
-İncəsənət, aktyorluq və Dizayn
-Tarix, Filisofiya və Dinçilik
Həyat elmləri
-Biologiya elmləri
-Idman elmi
Fizika elmləri
-Kimya
-Geologiya, Ətraf mühit və Dəniz elmləri
-Riyaziyyat və statistika
-Fizika və astronomiya
Sosial elmlər
-Kommunikasiya və mediya elmləri
-İqtisadiyyat və ekonometriya
-Təhsil
-Coğrafiya
Hüquq,
Siyasət, beynəlxalq elmlər
Psixologiya
Komputer elmləri
Sağlamlıq
-Tibb və Diş həkimliyi