Leeds Universiteti
Qərbi Yorkshireda, Leeds şəhərində yerləşən Leeds Universiteti Böyük Britaniyadakı 6 “redbick” universitetindən biridir. Rəsmi olaraq XX əsrin əvvəllərində yaradıldığı qeyd edilsə də, Universitetin mənbəyi XIX əsrdə qurulmuş Yorkshire Elm Kollecinin adı iə bağlanır. Əvvəllər kollec daha çox elmi nəzəri təhsilə üstünlük verirdisə, daha sonra klassiklərə, tarix və müasir ədəbiyyata da önəm verildi. Məhz bu səsbdən Kollecin adı sadəcə Yorkshire kolleci olmuşdur.
Bu gün Russells Universitetlər grupuna daxil olan Leeds Universiteti 500-dən çox bakalavr və 200-dən artıq magistr üzrə proqram təklif edir. İncəsənət, Sosial elmlər və hüquq, mühəndislik, ətraf mühit, riyaziyyat və fizika elmləri, Tibb və Sağlamlıq, aktyorluq məktəbi olmaqla universitet 9 fakültədə birləşir. Təhsil alan 30 min tələbədən 5minin 100 ölkədən olan 5 mindən çoxunun beynəlxalq tələbə olduğu universitet özünü beynəlmiləlliyi ilə seçilir.
Tək kampuslu universitet Leeds şəhərinin mərkəzində yerləşərək şəhərin ən görməli yerləri olan incəsənət qalareyası, muzeylər, şopping və idman obyekləri, eyni zamanda geniş yaşıl parklara çox qisa məsafədə yerləşir.
250-yə yaxın tələbə klubu və icması olan universitetin tələbə birliyi Birləşmiş Krallıqda Milli Tələbə Birliyi tərəfindən ilk “mükəmməl” statusunu əldə etmişdir.
Leeds Universiteti tərəfindən təklif edilən proqramlar.
Biznes və İqtisadiyyat
-Hesablama və maliyə
-Biznes və menecement
İncəsənət və humanitariya
-Arxeologya
-İncəsənət, aktyorluq və Dizayn
-Tarix, Filisofiya və Dinçilik
Həyat elmləri
-Biologiya elmləri
Fizika elmləri
-Kimya
-Geologiya, Ətraf mühit və Dəniz elmləri
-Riyaziyyat və statistika
-Fizika və astronomiya
Sosial elmlər
-Kommunikasiya və mediya elmləri
-İqtisadiyyat və ekonometriya
-Təhsil
-Coğrafiya
Hüquq,
Siyasət, beynəlxalq elmlər
Sosiologiya
Psixologiya
Komputer elmləri