Gloucestershire Universiteti
Gloucestershire Ingiltərənin Gloucestershire şəhərində yerləşən dövlət universitetidir. Üç kampusu var ki, ikisi Cheltenham-da (Francis Close Hall və Park kampusları) biri isə Gloucester-da (Okstalls kampusu) yerləşir.
Universitetin tarixi 2 əsr bundan öncəyə dayanır. O Gloucestershire-da iki təhsil mərkəzinin birləşməsi nəticəsində Yerli hökümətin dəstəyilə Anglikan kilsəsi tərəfindən yaradılmışdır. Cheltenam və Gloucester Ali təhsil Kollecləri 1990-cı ildən əsası qoyulmuşdur və 2001-ci ildə Universitet status əldə etmişdir.
Universitet 2 fakültə ( Tədbiqi elm və biznes; və İncəsənət və Texnologiya) çərçivəsində 100 bakalavr və 57 magistr proqramı təklif edir. Universitet Birləşmiş Krallıq universitetəri içərisində hesablama, maliyyə və mediya, film təhsili üzrə top 20, film istehsalı və fotoqrafçılıq üzrə top 10, bioelmlər üzrə top 4 və teologiya üzrə top 3-lükdədir.
Universitet 2 fakültə və 9 məktəbdən ibarətdir:
İncəsənət və Texnologiya fakültəsi
-İncəsənət və Dizayn məktəbi
-Hesablama və Texnologiya
-Liberal və ifaçılıq sənəti
-Media məktəbi
Tədbiqi elmlər və biznes
-Biznes məktəbi
-İdman və məşğələ məktəbi
Təbiət və sosial elmlər
Sağlamlıq və Sosial qayğı məktəbi
Tədqiqat standartları
- Akademik məktəblərin 10-u da bizim təhsil metodlarımıza və tədqiqat mühitimizə öz töhfəsini verməkdədir. Biz fəaliyyətimizin bütün sahələrində tədqiqata önəm verərək və fundamental və tədbiqi tədqiqatla məşğul olaraq tələbələr və heyətimizin aktiv proqram cəmiyyətindən yararlanması və ona töhfə verməsini təmin edirik.
- Tədqiqat sahəsində Universitet ön pillələrdə qərarlaşmışdır. REF-in qeydiyyatından keçən Universitet tədqiqatının 25%-i beynəlmiləl mükəmməl və dünyada aparıcı kimi qiymətləndirilmişdir.
- Biznes Administrasiyası üzrə aspirantura proqramı da daxil olmaqla, universitetin çiçəklənən maistr və doktor pillələri yuxarıda adları çəkilən sahələrdə yüksək səviyyəli təhsil proqramları təklif edir.
- Universitet idman və fiziki fəaliyyət, coğrafiya, ingilis dili, tarix və dinçilik sahəsində də mükəmməl təhsil təmin etməkdədir.
- Biznes, təhsil media, İncəsənət və dizayn, Psixologiya, hesablama və texnologiya sahələrində də çox sürətli inkişaf mərhələsi keçməkdədir.