Glasgow Universiteti
Glasgow Universiteti ingilis dilli ölkələr içərisində ən qədim dördüncü, Şotlandiyada isə ən qədim dörd universitetdən biridir. Universitetin əsası 1451-ci ildə qoyulmuşdur. Edinburg Universiteti ilə yanaşı, Glasgow da XVII əsr boyunca Şotlandiya maarifçilik intibahının bir hissəsi olmuşdur və hal-hazırda isə tədqiqat universitetlərinin beynəlxalq şəbəkəsi Russell Group-un üzvüdür.
Orta əsrlərdə yaranmış universitetlər kimi Glasgow da daha öncələr zəngin və ziyalı ailələlərdən olan tələbələrə təhsil verirdisə də, XVII əsrdən isə artıq inkişafda olan şəhər ətrafından və orta səviyyəli siniflərdən tələbələrin də tələblərini ödəməyə başlamışdır. Universitet tələbələrin professional olaraq bütün sahələrdə yetişdirilməsi məqsədilə bu onların hər birinə xidmət göstərirdi: hüquq, tibb, sivil xidmət, tədris və din.
Yarandığı dövrdən şəhərin High Street küçəsində mövcud olmuş Universitetin əsas kampusu 1870-ci ildən Şəhərin Qərbində yerləşən Gilmorehill bölgəsində yerləşir. Bundan başqa universitetin Beardsonda Baytarlıq Məktəbi, Dumfriesdə Crichton Kampusu kimi çoxlu sayda digər binaları var ki, müxtəlif yerlərdə yerləşir.
2009-cu ildə Universitetin tədris etdiyi yüksək təhsil keyfiyyətinə və “Tədqiqat güc mərkəzi“ kimi tədqiqat müqavilələrindən əldə etdiyi gəlirə görə Birləşmiş Krallığın top 10 universitetləri sırasına daxil olmuşdur. Eyni zamanda, illik ümumi gəliri 450 milyon £ olan universitet yüksək gəlirə görə də top 10 univeritetlər sırasındadır. Glasgow bir sıra təşkilatların, universitetlərin və beynəlxalq universitetlər birliyiklrinin yaradıcısıdır.
QS World University Rankings-də Universitet 2012-ci ildə 56-cı yerdən 54, 2013-cü ildə isə 51-cü yerə irəliləyib.
2014/ 2015- ci il tədris ilində Universitetin 19,160 bakalavr və 7,655 magistr dərəcəsi üzrə təhsil alan tələbəsi olmuşdur. 6000-dən çox əməkdaşı var ki, onlardan 3,300-ü tədqiqatçılardır.
2008-ci ildə Research Assessment Exercise-da (tədqiqat qiymətləndirmə araşdırması) Universitet tədqiqatının 70%-i top iki kateqoriyaya daxil olmuşdur. On səkkiz tədqiqat sahəsi Birləşmiş Krallıqda top 10, on dördü isə Şotlandiyada ən yaxşıları kateqoriyasına daxil olmuşdur. Sonuncu qiymətləndirmədə Universite ümumilikdə 33-cü ildə qərarlaşmışdır.
Universitetin dörd kolleci var ki, onların hər biri bir sıra məktəblərə sahibdir.
İncəsənət kolleci
İncəsənət kolleci ali məktəbi
Tənqid elmləri məktəbi
Mədəniyyət və kreativ incəsənət məktəbi
Humanitariya məktəbi
Müasir dillər və mədəniyyətlər məktəbi.
Tibb, Baytarlıq və Həyat elmləri kolleci
Həyat elmləri məktəbi
Tibb məktəbi ( Stomatoloq da daxil)
Baytarlıq tibbi məktəbi
Elm və mühəndislik kolleci
Kimya məktəbi
Komputer elmi məktəbi
Mühəndislik məktəbi
Coğrafiya və Planet elmi məktəbi
Riyaziyyat və statistika məktəbi
Fizika və astronomiya məktəbi
Psixologiya məktəbi
Sosial elmlər kolleci
Adam Smith biznes məktəbi
Təhsil məktəbi
Fənlərarası təhsil məktəbi
Hüquq məktəbi
Sosial və siyasi elmlər məktəbi