Edinburg Universiteti

Edinburg Universiteti

1583-cü ildə əsası qoyulan Edinburg Universiteti, dünyanın ingilis dilli ölkələri içərisində qədimliyi baxımından altıncı universitet olmaqla yanaşı, Britaniya və İrlandiyanın yeddi ən qədim universitetlərindən biridir.

Universitet 3 kollecdən ibarətdir: Humanitar və Sosial elmlər; Elm və Mühəndislik; və Tibb və Baytarlıq. Bu kolleclər çərçivəsində 20 akademik məktəb vardır.  Tibb və Baytarlıq kolleci öz sahəsinə görə dünyada aparıcı mövqe tutur.

Xarici tələbələrinin daha çox Çin və Amerikadan gəldiyi və beynəlmiləlləşməyə böyük önəm verən universitet dünyanın hər yerindən təhsil almaq üçün təşrif etmək istəyən tələbələr üçün açıqdır. Tələbələr eyni zamanda, 250 tələbə üçün qisa müddətli beynəlxalq təcrübəni təmin edən Xaricdə Təhsil Fondundan da yararlana bilərlər. Bundan əlavə tələbələr tədris proqramlarının bir hissəsi kimi xaricdə təhsil və ya işləmək kimi seçimlərə də sahib olurlar.

Universitet il ərzində tədqiqat üzrə 200 milyon £ qazanc əldə edir ki, bunun da 26 milyonu tələbə mükafatlarına və təqaüdlərinə sərf olunur. Ümumilikdə, 317 milyon £-luq ianə ilə Universitet Oxfor və Cambridge-dən sonra 3-cü yerdədir.

Fizika, kimya, sülh, psixologiya, tibb və iqtisadiyyat sahələrində fərqlənmiş 20 Nobel mükafatı laureatı Universitetin adı ilə bağlıdır.

Universitetin yerləşdiyi Şotlandiyanın tarixi paytaxtı Edinburg şəhərində Şotlandiyanın Parlamenti, qədim vulkan qayası və ikonik qala yerləşir.

Edinburg Universiteti tərəfindən təklif edilən fənlər

Biznes və İqtisadiyyat

-Hesablama və maliyyə

-Biznes və menecement

İncəsənət və Humanitariya

-Arxeologiya

-İncəsənt,Tamaşa və Dizayn

-Tarix, Filisofiya və Dinçilik

-Dil, Ədəbiyyat və dilçilik

Həyat elmləri

-Biologiya elmləri

- Baytarlıq elmi

Mühəndislik və texnologiya

-Kimya mühəndisliyi

-Sivil mühəndislik

-Elektrik və elektronik mühəndisliyi

-Mexaniki mühəndisliyi

Fizika elmi

-Kimya

-Geologiya, Ətraf mühit , yer və dəniz elmləri

-Riyaziyyat və statistika

 -Fizika və astronomiya

Komputer elmi

Sosial elmlər

-Iqtisadiyyat və ekonometrika

-Təhsil

-Coğrafiya

-Hüquq

-Siyasət və Beynəlxalq münasibətlər

-Psixologiya

Tibb

-Tibb və stomatologiya