Beynəlxalq imtahanlara hazırlıq
Beynəlxalq imtahanlara hazırlıq xaricdə təhsil yolunda ən vacib məqamlardan biridir. Xaricdə təhsil üçün bütün universitetlər müxtəlif beynəlxalq imtahan nəticəsi tələb edir. Bu imtahanlar arasında SAT, IELTS, TOEFL və digərləri yer almaqdadır.
Kaspi liseylərində təhsil alan şagirdlərin beynəlxalq imtahanlara hazırlığı Kaspi liseylərində tam ödənişsiz şəkildə aparılır. Beynəlxalq imtahanlara hazırlıq mərkəzinin və Kaspi Xaricdə təhsilin birgə fəaliyyəti ilə müvafiq beynəlxalq imtahan nəticəsi olan şagirdlər üçün xarici universitetlərə müraciət və qəbul prosesi də tam ödənişsiz şəkildə aparılır.
Kaspi Xaricdə təhsilə müraciət etmiş namizədlər üçün əməkdaşlıq etdiyimiz beynəlxalq imtahanlara hazırlıq mərkəzlərində güzəştli və endirimli təhsil haqqları təklif olunmaqdadır. Bu mərkəzlərdə SAT, IELTS, TOEFL kimi beynəlxalq imtahanlara hazırlıq kurslarından yararlana bilərsiniz.
Ətraflı məlumat üçün : 0506423909