Foundation Proqramı
Foundation kurs nədir?
Orta məktəbi bitirdikdən sonra bakalavr təhsilinizi Birləşmiş Krallıqda əldə etmək istəyirsinizsə təhsil sisteminin qoyduğu bəzi şərtlərlə qarşılaşa bilərsiniz. Belə ki, siz orta məktəb buraxılış imtahanından keçib məktəbi bitirdiyiniz halda bu təhsil 13 ildən azdırda ( Azərbaycanda 11 illik) o zaman mütləq foundation kursunda təhsil almalısınız. Foundation, beynəlxalq tələbələrə Birləşmiş Krallıq universitetlərinə daxil olmaq üçün əlavə ingilis dili və akademik hazırlığı nəzərdə tutan bir illik hazırlıq kursudur.
Foundation proqramları Böyük Britaniyada orta təhsil almamış, lakin ali təhsilini burada davam etdirmək istəyən orta məktəb məzunları üçündür. Foundation kursu cari orta məktəb dərəcəsi ilə bakalavr dərəcəsi arasında bir körpü rolunu oynayır.
Foundation kursları
Foundation kursları bir sıra səhə və ixtisaslar üzrə hazırlığı həyata keçirir. Bunlara biznes, maliyyə və menecment, hesablama, hüquq, incəsənət və dizayn, mühəndislik, sosial elmlər, tibb, elm və əczaçılıq, mediya, humanitar elmlər və digərlərini göstərmək olar.
Bir sıra foundation provayderlər universitetlərlə partnyorluq edir və bu universitetlərə tələbələrin transfer edirlməsinə zəmanət verir. Əlbəttə, bunun daha rahat və maneəsiz həyata keçirilməsi üçün tələbələrin foundation kurslarında əldə etikləri qiymətlərin da böyük əhəmiyyəti var. Bir çox foundation kursları kampus əsaslı olduğu üçün tələbələrin universitetin butün imkanlarından istifadə etməsinə şərait yaradır.
Foundation kursları üçün qoyulan tələblər
-Minimum 4,5 İELTS nəticəsi( burada hər hissə üçün tələb olunan minimum nəticə 4-dür);
-Orta məktəb attestatı;
-Orta məktəb qiymətlər cədvəli;
-Orta məktəb müəllimindən tövsiyyə məktubu;
-Motivasiya məktubu;
-Passport və vizanın sürəti;