Xaricdə yay və qış məktəbləri
Kaspi Xaricdə Təhsil dünyanın müxtəlif ölkələrində yay və qış məktəblərində iştirakınızı təmin edir. Yay və qış məktəbləri hər il dünyanın müxtəlif ölkələrində yerləşən özəl və dövlət universitetləri tərəfindən təşkil olunur. Bu məktəblərdə şagirdlərin və digər iştirakçıların asudə vaxtını səmərəli keçirməsi üçün özəl proqramlar tərtib olunur. Yay və qış məktəblərinə qoşulan iştirakçılar yeni bilik və bacarıqlar əldə etmək, yeni dostlar qazanmaq və müxtəlif mədəniyyətlərlə tanış olmaq imkanı qazanır.
Kaspi Xaricdə Təhsil həm Kaspi liseylərində təhsil alan şagirdlər üçün, həm də bu proqramlarda iştirak etmək istəyən istənilən namizəd üçün yay və qış məktəblərinə qəbulda dəstək göstərməkdədir.
Ətraflı məlumat üçün: 0506423909