XƏBƏRLƏR

Türkiyənin bütün şəhərləri üzrə tələbələrin yerləşdirilməsi

15.10.2021

Kaspi Xaricdə Təhsil Türkiyənin bütün şəhərləri üzrə tələbələrin yerləşdirilməsi üzrə yeni xidmət təklif edir!

Azərbaycanlı tələbələrin ən çox üz tutduğu xaricdə təhsil istiqamətlərindən biri Türkiyədir.  Kaspi Xaricdə Təhsil tələbələrə Türkiyənin müxtəlif şəhərlərində yerləşən universitetlərə rəsmi qeydiyyat və yerləşmə prosesində dəstək göstərməkdədir. Xidmətlər aşağıdakılardır:

1. Qarşılanma - Tələbələri Türkiyə hava limanlarında qarşılayırıq və yerləşəcəkləri məntəqəyə qədər aparırıq. 

2. Universitetlərə qeydiyyat (kesin kayıt) - Universitetlərin son qeydiyyat üçün tələb etdiyi sənədləri öncədən hazır edilməsi üçün konsultasiya təşkil edirik. Bunun əsasında tələbələrlə birlikdə Türkiyə universitetlərinə rəsmi qeydiyyat üçün müraciət edilir. Tələbələrin bütün sənədləri universitetlərə təqdim edilməklə, tələbə statusunun rəsmiləşdirilməsinə dəstək göstəririk. 


3. Yataqxana/otel/ev seçimi - Tələbələrə universitetlərinə ən yaxın və onların istəklərinə uyğun yataqxanaların öncədən tapılması və qeydiyyatı üçün yardım edirik. Tələbənin istəyindən asılı olaraq, ev və otellərin tapılması üçün dəstək göstəririk.

4. Sığorta - Türkiyədə tələbələrin sağlamlıq və yaşam sığortasını təşkil edirik.

5. Oturum izni - Oturum izni üçün bütün sənədlərin təşkili və müraciətini həyata keçiririk. 

6. Mobil nömrə ilə təmin olunma - Tələbələrin problemsiz kommunikasiya imkanlarının olması üçün onlara mobil nömrələrin alınması və aktivləşdirilməsi üçün kömək edirik. 

7. İstəyə görə aviabiletin təşkili - Tələbələrimiz üçün uyğun aviabiletlərin tapılması və satın alınmasında dəstək göstəririkş

8. İstəyə görə PCR test - Covid-19 pandemiyası dövründə səyahət zamanı tələb edilən PCR testini təşkil edirik.

Yuxarıda sadalanan xidmətlər 3 paket - Sadə, Standart və VIP paket şəklində təqdim olunmaqdadır. 


Türkiyədə təhsilinizin bələdçiliyini Kaspi Xaricdə Təhsilə əmanət edin!

Ətraflı məlumat üçün - 0506423909