XƏBƏRLƏR

Kaspi Global - Türkiyədə Attestat və DİM balı ilə təhsil

18.06.2021

Türkiyə xaricdə təhsil almaq istəyən azərbaycanlı şagirdlərin ən çox müraciət etdiyi ölkələrdən biridir. Buna səbəb Azərbaycana coğrafi yaxınlıq, mədəni oxşarlıq və yaxşı təhsil verən yüksək reytinqli universitetlərin olması və s. göstərmək olar. Türkiyədə 170-dən çox ali təhsil müəssisə fəaliyyət göstərir. Bunlar arasında kifayət qədər yüksək təhsil standartları olan özəl və dövlət universitetləri yer almaqdadır.

Kaspi Xaricdə Təhsil illərdir ki, şagirdlərin Türkiyədə tələbə olması və istədikəri universitetlərə qəbulu üçün dəstək göstərir. Eyni zamanda şirkətimizin Türkiyənin müxtəlif universitetləri, təhsil agentlikləri ilə müqavilələri bizə müraciət edən namizədlər üçün əlavə üstünlüklər qazanmağımıza da şərait yaradır.

Kaspi Global olaraq, Türkiyədə təhsil almaq istəyən bütün namizədlərə ilkin konsultasiya təşkil edir, namizədlərin göstəricilərinə və istədikləri ixtisaslara uyğun təhsil planlaması hazırlayırıq. Bu planlama əsasında namizədlər yalnız ehtiyyac duyulan sənədləri təqdim edir və universitetə qəbul prosesini Kaspi Global tam şəkildə öz öhdəliyinə götürür.

Türkiyədə bakalavr təhsil üçün namizədlər bir neçə variant seçə bilərlər. SAT, YÖS, DİM balı və ya Attestatla təhsil variantlarının hər biri üçün Kaspi Global namizədlərə dəstək göstərməkdədir.

Türkiyədə Attestat və ya DİM balı ilə də tələbə qəbul edən universitetlər mövcuddur. Bunlar arasında kifayət qədər tanınmış özəl və dövlət universitetləri ilə yanaşı, nisbətən orta və aşağı reytinqli universitetlər də vardır. Attestatla qəbul üçün qiymətləri 3-dən aşağı olmayan, tibb, mühəndislik ixtisasları üzrə isə 4-dən aşağı olmayan namizədlər müraciət edə bilər. DİM balı isə universitetlərdən asılı olaraq, 200-550 bal arasında dəyişməkdədir. Buna uyğun olaraq, universitetlərdə mövcud olan bütün ixtisaslara müraciət mümkündür. 

Namizədlər Türkiyədə dövlət və özəl universitetlərdə türk və ingilis dilində təhsil ala bilərlər. Bu zaman əgər namizədlərin dil biliklərini təsdiq edən imtahan nəticələri varsa, bunlar universitetlərə təqdim olunmalıdır. Əgər bu nəticələr yoxdursa, Kapsi Global olaraq, namizədlər üçün universitet qəbulu ilə yanaşı dil kursları da təşkil etməklə, onların təhsilllərini daha rahat şəkildə almaqlarına şərait yaradırıq.

Türkiyədə Attestatla və ya DİM balı ilə təhsil üçün aşağıdakı sənədlər tələb olunur:

1. Attestat (Təhsil haqqında arayış)

2. Transkript

3. 3*4 ölçülü şəkil

4. Motivasiya məktubu

5. Tövsiyyə məktubları

6. CV, Xüsusi istedad tələb edən ixtisaslar üzrə portfolio

7. İmtahan nəticələri (əgər varsa)

8. Dil biliklərini təsdiq edən sənədlər (əgər varsa)

 

Türkiyədə təhsil almaq üçün Kaspi Global-a müraciət edin!

Əlaqə - 0506423909

Ünvan – Xətai rayonu, Xocalı 57a