XƏBƏRLƏR

Türkiyədə bakalavr təhsili

16.03.2021

Türkiyə xaricdə təhsil almaq istəyən azərbaycanlı şagirdlərin ən çox müraciət etdiyi ölkələrdən biridir. Buna səbəb Azərbaycana coğrafi yaxınlıq, mədəni oxşarlıq və yaxşı təhsil verən yüksək reytinqli universitetlərin olması və s. göstərmək olar. Türkiyədə 170-dən çox ali təhsil müəssisə fəaliyyət göstərir. Bunlar arasında kifayət qədər yüksək təhsil standartları olan özəl və dövlət universitetləri yer almaqdadır.

Kaspi Xaricdə Təhsil illərdir ki, şagirdlərin Türkiyədə tələbə olması və istədikəri universitetlərə qəbulu üçün dəstək göstərir. Eyni zamanda şirkətimizin Türkiyənin müxtəlif universitetləri, təhsil agentlikləri ilə müqavilələri bizə müraciət edən namizədlər üçün əlavə üstünlüklər qazanmağımıza da şərait yaradır.

Türkiyədə bakalavr təhsil üçün namizədlər bir neçə variant seçə bilərlər. Bunlardan biri SAT imtahanlarında iştirak etməkdir. Türkiyə universitetləri, xüsusilə də reytinqi yüksək olan özəl universitetlər SAT imtahanının nəticəsini əsas tutaraq, qəbul prosesini aparırlar. Mühəndislik, tibb kimi ixtisaslar üzrə təhsil almaq istəyən namizədlər SAT imtahanının xüsusilə “Math” hissəsinə diqqət yetirməli və bu bölmənin balının yüksək olmasına çalışmalıdırlar.  Bildirmək istərdik ki, Türkiyədə təhsil almaq istəyənlərin sayının çox olması qəbul prosesində yüksək rəqabət mühitini formalaşdırır. Buna görə də əlavə nəticələr və göstəricilər namizədlərin bu mühitdə üstünlük əldə etməsinə səbəb olur.  

SAT imtahana nəticəsi kimi YÖS imtahanları da qəbul olunan imtahan nəticələrindən biridir. Bir çox universitetlər YÖS imtahanı nəticəsini də əsas tuturlar. Bunlar daha çox dövlət universitetləridir. YÖS imtahanlarını universitetlərin özü təşkil edir. Eyni zamanda akkredetasiyalı YÖS imtahan mərkəzlərində hazırlaşmaq və imtahan vermək də mümkündür.

İngilis dilində təhsil almaq istəyən tələbələr üçün SAT və ya YÖS imtahanı ilə yanaşı dil hazırlığı da mütləqdir. Bunun üçün tələbələr iki istiqamət seçə bilərlər. Bunlardan Yabancı dil sınavı və ya TOEFL imtahanının nəticəsi kifayətdir. Hər iki halda nəticənin yüksək olması arzuolunandır. Türk dilində təhsil almaq istəyən tələbələr Türk Dili Yeterlilik Sınavı (TDS) imtahanlarında iştirak edib, müvafiq nəticə əldə etməlidirlər. Digər istiqamət isə universitetə qəbul ilə birlikdə 1 illik dil hazırlığı kursları da əldə etməkdir. Universitetlər türk dili bilməyən namizədlər üçün əlavə hazırlıq kursları da təklif edirlər.

Türkiyədə Attestat və ya DİM balı ilə də tələbə qəbul edən universitetlər mövcuddur. Bunlar arasında kifayət qədər tanınmış özəl və dövlət universitetləri ilə yanaşı, nisbətən orta və aşağı reytinqli universitetlər də vardır. Attestatla qəbul üçün qiymətləri 3-dən aşağı olmayan, tibb, mühəndislik ixtisasları üzrə isə 4-dən aşağı olmayan şagirdlər müraciət edə bilər. DİM balı isə universitetlərdən asılı olaraq, 200-550 bal arasında dəyişməkdədir. Nəticələrin yüksək olması namizədlərin şansını artırır.

Türkiyə təhsil sistemi xarici tələbələrə təqaüdlü təhsil almaq imkanı da yaradır. Bu təqaüdlər əsasən təhsil haqqının tam və ya müəyyən bir hissəsini təşkil edir və aylıq müxtəlif məbləğlərdə əlavə təqaüdlər təklif edir. Bu təqaüdlərdən biri “Türkiyə bursları”dır ki, bu həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində təhsil almaq istəyən namizədlər üçün əlverişli imkandır. Türkiyədə təqaüdlərin digər bir forması isə universitetlərin tələbələrə təhsil haqqında müxtəlif güzəştləri etməsidir. Bu təqaüdlər faiz göstəricisi ilə 20-60% arasında ola bilər.

Kaspi Xaricdə Təhsil Türkiyədə təhsil almaq istəyən namizədlər üçün xaricdə təhsil xidməti göstərməkdədir. Xüsusi vurğulamaq istərdik ki, Türkiyənin Sabancı, Bilkent, Özyeğin, Bahçeşehir, Haliç, Atılım, Beykoz və s. kimi universitetləri ilə rəsmi tərəfdaşlıq edirik. Türkiyədə fəaliyyətdə olan müxtəlif təhsil mərkəzləri və agentliklərlə olan əməkdaşlıqlarımız da namizədlər üçün daha yaxşı şərtlərlə xidmət göstərməyimizə şərait yaradır. Kaspi Xaricdə Təhsilin Türkiyədə təhsil almaq istəyən şagirdlər üçün hazırladığı “Türkiyədə Təhsil” paketi şagirdlərin bütün hazırlıq prosesinə nəzarət etməklə, ixtisas və universitet seçimi, universitetlərə qəbul və digər prosesləri həyata keçirməyə imkan verir. Eyni zamanda şagirdlərə 9-cu sinifdən etibarən təhsil almaq istədikləri ixtisaslar üzrə Türkiyə universitetlərindən xüsusi kurslar, seminarlar, mühazirələr təklif olunur və onların hərtərəfli inkişafını hədəfləyir.

Türkiyədə təhsil üçün hazırlıq və qəbul prosesinizi Kaspi Xaricdə Təhsilə həvalə edin.


Əlaqə - 0506413909

Ünvan – Xətai rayonu, Xocalı 57a.