XƏBƏRLƏR

Latviya Azərbaycan Hökümətlərarası təqaüd proqramı

22.02.2021

Latviya və Azərbaycan Hökümətlərarası Təqaüd Proqramı Latviyanın dövlət universitetlərində bakalvr, magistratura və doktorantura üzrə təhsil almaq istəyən namizədlər üçün nəzərdə tutulub. Təqaüd hər bir tələbə üçün 10-11 ay müddətində davam edir. Tələbələr təqaüdü təhsil aldıqları dövrün hansı hissəsində almaq istədiklərini özü seçim edə bilir. Təqaüd tədris dili ingilis və latış dili olan proqramlar üzrə təmin edilir.

Latviyada təqaüdlü təhsil almaq istəyən namizədlər aşağıdakı universitetlərin biri üzrə seçim edə bilərlər:

  1. Daugavpils University
  2. Riga Business School at Riga Technical University
  3. University of Latvia
  4. Ventspils University of Applied Sciences
  5. Stockholm School of Economics in Riga
  6. Riga Graduate School of Law
  7. Turiba University
  8. Jāzeps Vītols Latvian Academy of Music
  9. RISEBA University of Applied Sciences
  10. BA School of Business and Finance
  11. Latvian Maritime Academy
  12. Rīga Stradiņš University

 

Təqaüdün miqdarı bakalavr və magistratura pilləsi üzrə aylıq 500 avro, doktorantura pilləsi üzrə aylıq 650 avro təşkil edir. Təqaüd təhsil haqqı xərclərini, sığorta və nəqliyyat xərclərini qarşılamır

Təqaüd üçün tələb olunan sənədlər isə aşağıdakılardır:

  1. Cv
  2. Motivasiya məktubu
  3. 2 ədəd tövsiyyə məktubu
  4. Müvafiq universitetlərin birindən qəbul sənədi
  5. Study Plan – təhsil planlaması
  6. Dil biliklərini təsdiq edən sənəd
  7. Passport
  8. 3*4 şəkil

Latviya və Azərbaycan Hökümətlərarası Təqaüd Proqramına qəbul prosesi Fevral ayının 1-indən etibarən başlayır və son qeydiyyat tarixi Aprel ayının 1-i kimi nəzərdə tutulub. Namizədlər təqaüdün rəsmi saytından qeydiyyatdan keçdikdən sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında təqaüd üçün müraciəti təsdiqləməlidirlər.  Bütün müraciət etmiş tələbələr İyun ayı ərzində müraciətlərinin nəticələrini əldə edirlər. 

 

Kaspi Xaricdə Təhsil təqaüd proqramına müraciət etmək istəyən namizədlərə dəstək göstərməyə hazırdır.

Bizimlə əlaqə üçün – 0506423909

Ünvan – Xətai rayonu, Xocalı 57a