XƏBƏRLƏR

Haliç Universiteti

08.02.2021

Əsası 1998-ci ildə qoyulmuş Haliç Universiteti Türkiyənin özəl universitetlərindən biridir. Universitet 7 fakültə, 2 kollec, 1 peşə məktəbi ilə 10 mindən çox tələbəyə təhsil verməkdədir. Haliç Universitetinin əsas missiyası tarixi irsindən güc alaraq, təhsil, təlim, tədqiqat və inkişaf sahələrində bacarıqlı kadr yetişdirərək, üstünlük verilən sahələrdə lider universitet olmaqdır.  Bu günə qədər 18 mindən çox məzunu olan universitet yüksək keyfiyyətli tədrisi ilə fərqlənməkdədir. 

Universitet Türkiyənin İstanbul şəhərində kampus şəklində tədris binası ilə tələbələrə tədris verməkdədir. Tələbələr bu kampus daxilində təhsil almaqla yanaşı, öz asudə vaxtlarını da səmərəli keçirmək imkanı əldə edirlər. Kampus daxilində kitabxana, idman və oxu zalları, yeməkxana və digər mərkəzlər yerləşməkdədir. 

Haliç Universitetində tələbələr bakalavr, magistratura və doktorantura pilləsi üzrə təhsil ala bilərlər. Bunun üçün universitetin aşağıdakı fakültələri üzrə ixtisas seçimi edə bilərlər: 

1. Fənn ədəbiyyat fakültəsi
2. İncəsənət fakültəsi
3. İdarəçilik fakültəsi
4. Memarlıq fakültəsi
5. Mühəndislik fakültəsi
6. Tibb fakültəsi
7. Tibb elmləri fakültəsi 

Haliç Universitetində beynəlxalq tələbələrin qəbulu attestat, YÖS, SAT, ALES və digər imtahan nəticələrinə uyğun aparılmaqdadır. Haliç Universiteti Kaspi Xaricdə Təhsilin Türkiyədə rəsmi əməkdaşlıq etdiyi universitetlərdən biridir. Kaspi Xaricdə Təhsil universitetə qəbul prosesində artıq illərdir ki, namizədlərə dəstək göstərməkdədir. Siz də Haliç Universitetində təhsil üçün Kaspi Xaricdə Təhsilə müraciət edə bilərsiniz.