XƏBƏRLƏR

Işık Universitetində Magistratura Təhsili

26.01.2021

Kaspi Xaricdə Təhsilin Türkiyə partnyorlarından olan Işık Universiteti 2021-2022-ci tədris ili üçün magistratura pilləsi üzrə qəbul prosesini başlatmışdır.

Işık universiteti magistratura pilləsi üzrə iki cür təhsil imkanı yaradır. Magistratura tələbələri tezisli və tezissiz olmaqla müxtəlif ixtisaslar üzrə təhsil ala bilərlər. Eyni zamanda Işık Universiteti namizədlərə iki dildə - türk və ingilis dilində təhsil almaq imkanı da təqdim edir.

Magistratura üzrə tələbələrin iki fakültəyə qəbulu nəzərdə tutulub. Bunlar Sosial elmlər və Sosial elmlər və Mühəndislik fakültələridir. Bu fakültələrdə üzrə onlarla ixtisas cəmlənmişdir. Işık Universitetinə qəbul üçün hal-hazırda bakalavr IV kurs tələbləri və bakalavr məzunları müraciət edə bilərlər. Türk dilində təhsil almaq istəyən namizədlər "Yabancı Dil Sınavı" (YDS) üzrə minimum 65, İngilis dilində təhsil almaq istəyən namizədlər isə TOEFL imtahanından minimum 78 bal toplamalıdır. İngilis dili səviyyəsinin ölçülməsi üçün universitetin daxili imtahanında iştirak etmək də mümkündür. Qəbul üçün namizədlərin bakalavr üzrə ümumi orta qiymətləri 3.25 - 4 baldan aşağı olmamalıdır. 

Kaspi Xaricdə Təhsil universitetlə olan əməkdaşlığımız çərçivəsində müraciət etmiş namizədlərə erkən qəbulların alınmasına dəstək göstərir.  Müraciət edilən tarixdən etibarən 2-3 həftə ərzində qəbul prosesi tamamlanmış olur. Namizədlərin qəbul və sənədləşmə prosesini tamamilə Kapsi Xaricdə Təhsil tərəfindən aparılır. 

Son müraciət tarixi : 21 Fevral 2021

 

Əlaqə - 0506423909

İnfo@kaspiglobal.com