XƏBƏRLƏR

Türkiyədə Təhsil

09.12.2020

Türkiyə xaricdə təhsil almaq istəyən şagirdlərin ən çox seçim etdiyi ölkələrdən biridir. Türkiyə ilə ölkəmizin eyni cəhətlərinin – dil, mədəniyyət, tarix, təhsil sisteminin olması buna səbəb olur. Türkiyədə təhsil almaq istəyən namizədlər həm dövlət, həm də özəl universitetlərə qəbul ola bilərlər.

Kaspi Xaricdə Təhsil illərdir ki, şagirdlərin Türkiyədə tələbə olması və istədikəri universitetlərə qəbulu üçün dəstək göstərir. Eyni zamanda şirkətimizin Türkiyənin müxtəlif universitetləri, təhsil agentlikləri ilə müqavilələri bizə müraciət edən namizədlər üçün əlavə üstünlüklər qazanmağımıza da şərait yaradır.

Türkiyədə təhsil üçün namizədlər bir neçə variant seçə bilərlər. Bunlardan biri SAT imtahanlarında iştirak etməkdir. Türkiyə universitetləri, xüsusilə də reytinqi yüksək olan özəl universitetlər SAT imtahanının nəticəsini əsas tutaraq qəbul prosesini aparırlar. SAT imtahanı ilə yanaşı “SAT Subject” xüsusi fənnləri əhatə edən SAT Fənn İmtahanlarında iştirak etmək də tələbələr üçün üstünlük yaradır. Bildirmək istərdik ki, Türkiyədə təhsil almaq istəyənlərin sayının çox olması qəbul prosesində yüksək rəqabət mühitini formalaşdırır. Buna görə də əlavə nəticələr və göstəricilər namizədlərin bu mühitdə üstünlük əldə etməsinə səbəb olur. SAT imtahana nəticəsi kimi YÖS imtahanları da qəbul olunan imtahan nəticələrindən biridir. Bir çox universitetlər YÖS imtahanı nəticəsini də əsas tuturlar. Bunlar daha çox dövlət universitetləridir.

İngilis dilində təhsil almaq istəyən tələbələr üçün SAT və YÖS imtahanı ilə yanaşı dil hazırlığı da mütləqdir. Bunun üçün tələbələr iki istiqamət seçə bilərlər. Bunlardan Yabancı dil sınavı və ya TOEFL imtahanının nəticəsi kifayətdir. Hər iki halda nəticənin yüksək olması arzuolunandır. İkinci istiqamər isə türk dilində təhsil almaq istəyən tələbələr üçündür. Belə ki, türk dilində təhsil almaq istəyən tələbələr Türk Dili Yeterlilik Sınavı (TDS) imtahanlarında iştirak edib, müvafiq nəticə əldə etməlidirlər.

Türkiyə təhsil sistemi xarici tələbələrə təqaüdlü təhsil almaq imkanı da yaradır. Bu təqaüdlər əsasən təhsil haqqının tam və ya müəyyən bir hissəsini təşkil edir və aylıq müxtəlif məbləğlərdə əlavə təqaüdlər təklif edir. Bu təqaüdlərdən biri “Türkiyə bursları”dır ki, bu həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində təhsil almaq istəyən namizədlər üçün əlverişli imkandır. Türkiyədə təqaüdlərin digər bir forması isə universitetlərin tələbələrə təhsil haqqında müxtəlif güzəştləri etməsidir. Bu təqaüdlər faiz göstəricisi ilə 20-60% arasında ola bilər.

 

Kaspi Xaricdə Təhsil Türkiyədə təhsil almaq istəyən namizədlər üçün xaricdə təhsil xidməti göstərməkdədir. Türkiyədə təhsil almaq istəyən namizədlər ödənişsiz konsultasiyalarımızdan istifadə edə və bütün suallarına cavab tapa bilərlər. Eyni zamanda universitetlərə və təqaüdlərə müraciət etmək üçün namizədlərə yaxından kömək göstərməyə hazırıq.

Əlaqə üçün - *7878
Ünvan - Xocalı 57