Owylpia Olimpiyadalarına
08.12.2020Owylpia Olimpiada
Owylpia olimpiyadaları hər il dünyanın müxtəlif ölkələrində 9-18 yaş qrupu məktəblilər üçün təşkil olunan beynəlxalq olimpiyadalardır. Olimpiyadada iştirak edən şagirdlər öz intellectual səviyyələrini artırır, yeni bilik və bacarıqlar əldə edir, eyni zamanda xarici ölkələrdən dostlar qazanmaq imkanı əldə edirlər. Olimpiyada şagirdlərin ingilis dili biliklərini artırması üçün də şərait yaratmaqdadır.
Owylpia olimpiyadaları aşağıdakı yaş qrupları üzrə təşkil edilir :
- Owlins – 9-11 yaş
- Owlets – 12-14 yaş
- Owlys – 15-18 yaş
Hər qrup üzrə şagirdlər aşağıdakı istiqamətlərdən birini seçərək, olimpiyadada iştirak edə bilərlər.
- Art and Design
- Economics and Business
- Literature and Culture
- Science and Technology
- Social Science
Şagirdlər olimpiyadaya hazırlıq mərhələsində Owylpia-nın rəsmi internet səhifəsində qeyd olunan materialları əldə edərək, bu materiallara uyğun hazırlaşmaqda sərbəstdirlər. Materiallar əsasən yaş qruplarına uyğun bir kitab, bir neçə film, tarixi şəxsiyyətlər haqqıda məlumat, informative video materiallar və bir neçə məqalədən ibarət olur. Bu materiallar şagirdlərin yaş və dil səviyyələrinə uyğun seçilmişdir. Daha sonra olimpiyadada iştirak edən şagirdlər hazırlaşdıqları materiallar üzrə suallara cavab verir, diskusiyalarda iştirak edir və müvafiq yerləri tuturlar. Eyni zamanda olimpiyadada iştirak edən şagirdlər də sertifikatla təltif edilirlər.
Olimpiyadanın maskotu kimi bayquş seçilmişdir. Dünyada bayquşlar zəka, perspektiv, parlaqlıq, müdriklik, bilik və müstəqilliyin simvoludur. İnanırıq ki, bu maraqlı simvol həm də bilik və müdrikliyə ilham verir, sirləri qaranlıqdan çıxarır.
Kaspi Xaricdə Təhsil Owylpia Olimpiadalarına qeydiyyat üçün şagirdlərə dəstək göstərməyə hazırdır.
Müraciət üçün *7878 nömrəsi ilə əlaqə saxlayın.