XƏBƏRLƏR

ADA Universitetində Təhsil

07.12.2020

ADA Universiteti ölkəmizin ən müasir və yüksək reytinqli universitetlərindəndir. Universitet 2014-cü ildən indiki dövrə qədər 2558 tələbəyə ali təhsil vermiş, 48-dən çox ölkədən 1952 əcnəbi tələbə qəbul etmişdir. ADA universiteti bu dövr ərzində öz missiyasına sadiq qalaraq tələbələri üçün münbit təhsil mühiti təşkil edərək, onların yüksək intellektli, bacarıqlı və ixtisaslı kadr kimi yetişməsinə şərait yaratmışdır.

Hər il olduğu kimi bu il də ADA Universiteti tələbə qəbulunu davam etdirir. Universitetdə təhsil almaq istəyən namizədlər həm bakalavr, həm də magistratura təhsil pilləsi üçün müraciət edə bilərlər.

Hal-hazırda ADA Univerisitetində mövcud olan ixtisaslar aşağıdakılardır :

  1. İnternational Studies
  2. Public Affairs
  3. Law
  4. Economics
  5. Business Administration
  6. Computer Science
  7. Computer Engineering
  8. Information Technology


ADA Universitetində təhsil almaq üçün müvafiq olaraq aşağıdakı imtahan nəticələri lazımdır:

  1. SAT imtahanı minimal bal 1000
  2. İELTS imtahanı  minimal bal 6.0
  3. TOEFL imtahanı minimal bal 75
  4. Duolingo Online testi minimal bal 90
  5. PTE Academic minimal bal 42

Yuxarıdakı İngilis dili imtahanlarından biri mütləq, bir neçəsinin olması isə üstünlükdür.

Bu ixtisaslarda təhsil almaq üçün orta məktəb Attestatı və yaxud cari təhsili haqqında arayış, motivasiya və tövsiyyə məktubları, CV və ya Resume kimi sənədlərə ehtiyac duyulur. Bu sənədlərin yazılmasında və toplanılmasında Kapsi Xaricdə Təhsil namizədlərə kömək etməkdədir.

Kaspi Xaricdə Təhsil ADA Universitetində bakalavr təhsili almaq istəyən gənclərə konsultasiya və universitetə müraciət üçün dəstək göstərməyə hazırdır. Əsas məqsədimiz tələbələrin ADA Universitetinin təklif etdiyi yüksək keyfiyyətli təhsil imkanlarından yararlanmasına şərait yaratmaqdır.

 

Əlaqə - *7878

Ünvan – Xətai prospekti, Xocalı 57a (Kaspi Ağşəhər liseyi ilə üzbəüz)