XƏBƏRLƏR

2020 Məzunlarımızdan Əzizağa Hüseynov

01.10.2020

Hər il olduğu kimi Kaspi Xaricdə Təhsil bu il də Türkiyədə tibb təhsili almaq istəyən gənclərə dəstək göstərməkdədir.

Bu il Kaspi liseyinin məzunu olmuş, liseyimizi və ölkəmizi müxtəlif beynəlxalq yarışlarda təmsil etmiş, qızıl nişanla təltif olunmuş məzunumuz Əzizağa Hüseynov öz ali təhsilini Türkiyənin İstanbul Medipol Universitetində davam etdirəcək. Məzunumuz dəstəyimizlə İstanbul Medipol Universitetinin "Uluslarası Tıp" fakültəsinə qəbul olmuşdur. 

Tələbəmizə öz ali təhsilində uğurlar arzu edir, gələcəyin ən yaxşı tibb işçilərindən biri olmasını arzulayırıq.