XƏBƏRLƏR

Kaspi Xaricdə Təhsil ilə ABŞ-da təqaüdlü təhsil imkanı

02.10.2020

Kaspi Xaricdə Təhsil ABŞ-ın Cənubi Florida Universiteti ilə əməkdaşlığını davam etdirir.

Bu il Kaspi Xaricdə Təhsilin dəstəyi ilə dəstək göstərdiyimiz şagirdlər ABŞ-da təqaüdlü təhsil imkanı əldə ediblər. Kaspi liseyinin bu ilki məzunlarından olan Ramin Oruclu da bu tələbələrdən biridir. Ramin dəstəyimizlə Cənubi Florida Universitetinə qəbul olmuş və eyni zamanda universitetin "Presidental Scholarship" təqaüdünü qazanmışdır. Təqaüd məzunumuzun tədris aldığı 4 il müddətində 48.000 dollar vəsaiti əhatə edir. 

Məzunumuzu bir daha təbrik edir, gələcək təhsilində uğurlar arzu edirik!