İspaniya
İspaniya Krallığı Avropanın qərbində yerləşən dövlətdir. Əhalisinin sayı 45 milyon nəfər təşkil edir. İspanlar müxtəlif tarixi vilayətlərin və etnik qrupların əsasında formalaşmış vahid dövlətdir. Bunlardan ən əsasları kataloniyalılar,kastilyalılar, valensiyalılar,qalliyalılar və basklardır. Avropa Birliyi və NATO üzvüdür. Pul vahidi Avrodur. İspaniyada universitetləri Centro adlandırırlar. İspaniya qanununa görə ancaq bu məktəblər ali təhsil verə bilər. Bu mənada İspaniya mühafizəkar ölkə kimi qeyd olunur. İspan universitetləri 3 kateqoriyaya bölünür: dövlət (43-dən çox), özəl (3) və bütün dünya üçün bir dənə nadir ali məktəb növü və ya kilsə himayəsində olan – dini (ruhani) ali məktəb.
Əlverişli iqlim şəraiti, yüksək təhsil metodikası ilə İspaniya universitetləri daim seçilənlər arasındadır. İspaniya Avropa Birliyi ERASMUS tələbə mübadilə proqramının aktiv iştirakçısıdır. Hər semester ərzində yüzlərlə tələbə İspaniyanın bir sıra universitetlərində təhsillərini davam etdirir və eyni zamanda, İspaniya universitetlərində təhsil alan tələbələr Avropanın bir sıra universitetlərinə transfer edilir.