Çexiya Respublikası
Şərqi Avropada yerləşən Çex Respublikası 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir. Ölkə tarixən 2 vilayətdən - Bohemiya və Moraviyadan ibarətdir. Ölkənin paytaxtı Praqa şəhəridir.
Çexiyada universitetlər dövlət və kommersiya tipli olaraq iki yerə ayrılır. XX əsrin sonlarından əsası qoyulan özəl universitetlərdən fərqli olaraq dövlət universitetləri daha qədim tarixə malikdir. Çexiya Respublikası Avropa Birliyinə daxil olduğu üçün ümumAvropa ERASMUS tələbə mübadilə proqramında aktiv şəkildə iştirak etməkdədir. Çexiya universitetlərində təhsil alan tələbələr, bu proqram çərçivəsində Avropanın bir sıra digər dövlətlərindəki universitetlərdə bir vəya bir neçə semester meddətində təhsil almaq imkanına malikdirlər. Burada təhsil alan əcnəbi tələbələr arasında azərbaycanlıların xüsusi yeri var. Onlar daha çox ingilis dilində təklif edilən bakalavr, xüsusilə magistratura dərəcələri üzrə proqramlarda təhsil alırıar. Azərbaycanlıların təhsil məqsədilə Çexiyanı seçməsinin bir sıra əsas səbəbləri var. Münasib təhsil haqqı, əlverişli və sərfəli yaşam xərcləri, burada təhsilin Avropa təhsil sistemi standartları tələblərinə cavab verməsi kimi amilləri əsas səbəblər kimi göstərmək olar.