Macarıstan

Macarıstan

Macarıstan Avropanın ərazisinə və əhalisinə görə ən böyük ölkələrindən biridir. Avropa İttifaqının üzvlərindən biri olan Macarıstan Avropanın ən qədim təhsil ocaqlarından biridir. Ölkədə ilk universitet 600 il əvvəl təsis edilmişdir. Macarıstan ümumi Avropa üzrə ən yaxşı təhsil standartlarına malik 5 ölkədən biridir. Hər il yüzlərlə xarici tələbə ali təhsil almaq üçün Macarıstana yollanır. Ölkənin yüksək həyat şəraiti, təhlükəsiz ölkə olması, xüsusilə də, tələbələr üçün iş imkanlarının çoxluğu xarici tələbələrin təhsil üçün Macarıstanı seçməsinə səbəb olur.

Macarıstan azərbaycanlı tələbələrin də təhsil almaq üçün yollandıqları ölkələrdən biridir. Hər il təqribən 200-ə yaxın tələbə Macarıstan ali təhsil müəssisələrində təhsil imkanı qazanır. Bunu nəzərə alaraq, Azərbaycan və Macarıstan arasında Hökümətlərarası təqaüd proqramı da təsis edilmişdir. Bununla da hər il onlarla tələbə Macarıstanda təqaüdlü təhsil şansını qazanır.

Macarıstan universitetlərində tədris 2 dildə - ingilis və macar dilində aparılmaqdadır. Bəzi universitetlərdə dil tədrisi proqramları alman, rus, fransız dilində aparılır. Ölkədə ingilis dilində tədrisin əlçatanlığı olduqca yüksəkdir. Həm özəl, həm də dövlət universitetlərində ingilis dilində tədris ala biləcəyiniz çox sayda proqramlar mövcuddur. İngilis dilində təhsil almaq istəyən namizədlər üçün iki əsas seçim mövcuddur. Bunlardan biri beynəlxalq ingilis dili sertifikatları – IELTS, TOEFL və s. kimi sertifikatlardan birinə sahib olmaqdır. Ölkə üzrə IELTS daha çox qəbul olunan dil sertifikatıdır. Ortalama 6.0-6.5 IELTS balı və attestat Macarıstan universitetlərində təhsil üçün kifayət edir. Əgər ingilis dili bilikləriniz kifayət qədər deyilsə, bu zaman 1 illik hazırlıq proqramı keçə bilərsiniz. Bu proqram ərzində həm ingilis dili biliklərinizi təkmilləşdirə, həm də oxumaq istədiyiniz proqram üzrə baza formalaşdıra bilərsiniz.

Macarıstanda bəzi ixtisaslar, xüsusilə, Tibb, Mühəndislik, Fizika, Kimya kimi ixtisaslarda SAT nəticəsi də tələb oluna bilir. Məsələn, Corvinus Universiteti əsasən texniki istiqamətli ixtisaslar üzrə SAT balı tələb etsə də, Budapest Business School eyni ixtisaslar üzrə qəbulu yalnız Attestat və IELTS balı ilə aparmaqla kifayətlənir. Bu imtahan nəticəsinin əsas fokuslanmalı olduğunuz hissəsi Math – riyaziyyat hissəsidir. Universitetlərdən asılı olaraq, bu imtahanın nəticəsinə olan tələblər müxtəlif olsa da, təqribən Math üzrə balınız 650-680 bal arasında olmalıdır.

Macarıstanda bakalavr təhsili adətən 3 il, magistratura təhsili 2-3 il müddətində davam etməkdədir. Doktorantura pilləsi üzrə təhsilin müddəti aparılacaq tədqiqatdan asılı olaraq dəyişə bilir. İstənilən halda ölkədə təhsil yüksək səviyyədə təşkil olunmuşdur. 3 illik bakalavr təhsili almış tələbələr müvafiq universitetə müraciət edərək, magistratura pilləsi üzrə öz təhsillərini davam etdirə bilərlər.

Ölkədə təhsil haqqları digər Avropa ölkələrinə nisbətdə bir qədər bahadır. Təhsil haqqları universitetlərin reytinqindən, ixtisasdan, universitetin yerləşdiyi şəhərdən asılı olaraq dəyişə bilir. Bu baxımdan təhsil haqqları təqribən 3.000-12.000 avro arasıdır. Xüsusi vurğulamaq lazımdır ki, təhsil haqqlarının ödəniş şəkli hissəli və tam şəkildə tələb oluna bilər. Bəzi universitetlər təhsil haqqını hər tədris ilinin əvvəlində ödənməsini şərt kimi qoysa da, digərlərində 2 hissəli ödəniş üsulu mövcuddur.

Nəzərə almaq lazımdır ki, xaricdə təhsil alarkən namizədlərin ən çox maraqlandığı hissə yaşam xərcləri ilə bağlı olan suallardır. Macarıstanda standart şəkildə 400-600 avro xərcləməklə 1 ay standart şəkildə yaşamaq mümkündür. Ölkədə təhsil alan tələblər yarımştat olmaq şərti ilə işləmək hüququna malikdir. Öz ali təhsilini başa vurmuş xarici tələbələrə 1 il ərzində ölkədə qalıb işləmək şansı da verilir. Tələbələrin iş tapması isə Macarıstanda digər ölkələrə nisbətdə rahatdır.

Macarıstan beynəlxalq təcrübə üçün də kifayət qədər əlverişli məkandır. Ölkənin Avropa İttifaqına üzvlüyü onun digər Avropa ölkələri ilə tələbə transferi proqramlarını əlverişli edir. Macarıstan “Erasmus”, “Erasmus Mundus”, “Sokrates” və s. kimi tələbə transferi proqramlarında aktiv iştirak edən ölkələrdən biridir. Macar universitetlərində bir yarımil təhsil aldıqdan sonra bu proqramlara müraciət edərək, Avropa İttifaqının digər ölkələrində təqaüdlə təhsil imkanları əldə edə bilərsiniz.

Macarıstanın təhsili ilə yanaşı ölkədəki abu-hava da tələblər üçün çox maraqlıdır. İlk öncə ondan başlayaq ki, Macarıstan tarixi Avropanın bir parçasıdır. Qədim şəhərləri, adət-ənənələri və beynəlxalq mühiti ilə tələbələr Macarıstanda təhsil aldıqları müddətdə həm də ecazkar bir ölkədə yaşayırlar. Bu baxımdan tələblərin adaptasiya prosesi də erkən başa çatır. Odur ki, xaricdə təhsil planlarınızda Macarıstanı yaxşı bir seçim kimi nəzərdən keçirə bilərsiniz.

Kaspi Xaricdə Təhsil öz ali təhsilini Macarıstanda almaq istəyən gənclərə dəstək göstərməyə hazırdır. Macarıstanda təhsil almaq istəyən gənclər üçün hazırladığımız xüsusi “Macarıstanda təhsil” paketimiz sizə bu ölkədə təhsili əlçatan edir.

Macarıstanda təhsil üçün Kaspi Xaricdə Təhsilə müraciət edin!

Əlaqə - 0506423909

Ünvan – Xətai rayonu, Xocalı 57a

Universitetler

  • Debrecen Universiteti
    Debrecen Universiteti Macarıstan
  • University of Szeged
    University of Szeged Macarıstan
  • Peç Universiteti
    Peç Universiteti Macarıstan
  • Eötvös Loran Universiteti
    Eötvös Loran Universiteti Macarıstan