İtaliya

İtaliya

İtaliya Respublikası Avropanın cənubunda yerləşən dövlətdir. Əhalisi təxminən 58 milyon nəfərdir. Avropa Birliyi üzvü olan İtaliya Şengen viza rejiminə də qoşulmuşdur. Avropanın ən çox səyahət edilən turistik ölkələrindən olan İtaliya adambaşına düşən ümumi gəlirə görə də öndədir.

Avroanın ən qədim təhsil müəssisələrinin yerləşdiyi İtaliya, təhsil sisteminə görə Avropanın ən yaxşılarındandır.  İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır. Bu universitetlərdə 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox professor dərs deyir. Yalnız Romada 5 universitet var və ən böyük Roma Sapienza Universitetində 200 minə yaxın tələbə təhsil alır. İtaliyada dərs ili 2 semestrə bölünür. 1-ci semestr oktyabrın ilk günlərində, 2-ci semestr isə martın ilk günlərində başlayır. 

İtaliya Azərbaycanlı tələbələrin oxumaq üçün ən çox müraciət etdiyi ölkələr sırasında ön yerərdədir. Bunun sas səbəbi İtaliya hökümətinin əcnəbi tələbələr üçün nəzərdə tutduğu təqaüd proqramıdır. Bundan əlavə, rahat qəbul prosesi və İtaliyanın əlverışlı coğrafi mövqedə yerləşməsini dəsəbəblər arasında vurğulamaq lazımdır. Şengen vizasına sahib və İtaliya Universitetlərində təhsil alan tələbələr ERASMUS tələbə mübadilə proqramı çərçivəsində digər Avropa universitetlərində təhsil almaq  və Şengen zonasına daxil istənilən ölkəyə səyahət etmək imkanına sahibdirlər.

http://www.wikiwand.com/en/Italy

Universitetler

  • Padua Universiteti
    Padua Universiteti İtaliya
  • Sapienza Universiteti
    Sapienza Universiteti İtaliya
  • John Cabot University
    John Cabot University İtaliya
  • Milan Universiteti
    Milan Universiteti İtaliya
  • Trieste Universiteti
    Trieste Universiteti İtaliya