Robert Gordon University

Robert Gordon University

Robert Gordon Universiteti 1750-ci ildə texniki kollec kimi yaradılmışdır. Tam universitet statusunu isə 1992-ci ildə əldə etmişdir.

  • Universitet üç fakültədən ibarətdir: Biznes, Dizayn və Texnologiya və Sağlamlıq və Sosial Qayğı. Sağlamlıq və Sosial Qayğı Məktəbi Aberden Travma Tədqiqat Mərkəzi ilə sıx bağlı olaraq ciddi zədə anında dərhal müdaxilə və onun uzun müddətli təsirlərinin raşdırılması ilə məşğuldur.
  • Dizayn və Texnologiya məktəbi nəznində Gray İncəsənət məktəbi var ki, 120 milyon fund sterlinq dəyərində investisiya strateiyasına əsasən Garthdee kampusunda tikilmiş yeni müasir memarlıq nümunəsidə yerləşir. Bu məktəb çərçivəsində tələbələr Kommersiya fotoqraflıq və Moda Dizayn kimi ixtisaslaşmış bakalavr proqramlarında təhsil ala bilərlər.
  • Robert Gordon aktiv olaraq beynəlxalq tələbə mübadələsində iştirak edərək Erasmus+ proqramıının üzvüdür. Bakalavr pilləsinin ikinci və üçüncü kursundan etibarən Komputer Şəbəkə Menecementi və Biznes İnformasiya Sistemi kimi proqramlar Komputer elmləri oxuyan xarici tələbələr üçün açıqdır.
  • •Universitet tələbələrin professional dünyaya hazırlanması üçün hər zaman təhsilin keyfiyyətli şəkildə çatdırılmasına önəm verir və bunu bütün sahələrdə təhsil alan tələbələrlə yaxından maraqlanmaq və onların motivasiyası üçün təqaüd proqlarının və iş təcrübəsi imkanlarının təşkili vasitəsilə həyata keçirir. Məhz bu səbəbdən universitetin belə uğurlu məzun məşğulluğu nisbəti var.
  • •Robert Gordon Universiteti Garthdee kampusunun inkişafı üçün böyük məbləğdə investisiya yatırmışdır. Ayrılmış 120 milyon fund sterlnq dəyərində investisiya proqramı nəticəsində 2013-cü il Sentyabr ayında yeni istifadəyə verilmiş kampusun ardınca 2015-ci ilin sentyabrında yeni Şotland Sutherland Memarlıq məktəbi də açılmışdır.
  • •Universitet bakalavr dərəcəsindən doktoranturaya qədər çoxlu sayda və yüksək  keyfiyyətli proqram təminatına görə beynəlxalq nüfuza malikdir.