Durham Universiteti

Durham Universiteti

1832-ci ildə əsası qoyulan Durham Universiteti, 1837 Kral V Viliam tərəfindən Kraliyyat nizamnaməsi alaraq universitet stausu əldə etmişdir.

Russel Universitetlər birliyinə ail olan universitet üçdə birisinin xarici olduğu 3 mindən çox işçi heyətinə malikdir. İl ərzində 156 ölkədən 4, 500-dən çox tələbə qəbul edən Universitet ümumilikdə 17,500 tələbəyə təhsil verir.

Universitet üç fakültədən ibarətdir: İncəsənət və Humanitariya; Elm və Sosial Elmlər; Tibb. O,25 department və məktəblərdən ibarət 16 kollecdən təşkil olunmuşdur və burada 200-dən çox bakalavr və 130 magistr proqramları eləcə də tədqiqat kursları təklif olunur.

Durham Universitetinin 3 kampusu və 227 hektarlıq ərazini əhatə etmiş əmlakı vardır ki, bu da tarixi və memarlıq əhəmiyyətinə görə UNESCO-ya daxildir.

16 kollecdən 14-ün və akademik məktəblərin çoxunun yerləşdiyi əsas kampus Durham şəhərində yerləşir. 1992-ci ildə əsası qoyulan Queen kampusu Stockton-on-Tees şəhərində yerləşir.  

Durham Universiteti daimi olaraq  dünyanın ən yaxşılarından olan iki ən aparıcı global universitet siyahısında top 100-lükdə qiymətləndirilib.  QS World University Rankings 2016-17 qiymətləndirilməsində tədqiqat sitatlarına görə Birləşmiş Krallıq universitetləri içərisində 3-cü yerdən 2-ə ümumilikdə isə 74-cü yerə yüklsəlmişdir. Milli qiymətləndirmə cədvəlində “Times/Sunday Times Good University Guide” da daxil olmaqla bir sıra milli qiymətləndirmə sıralamalarında Birləşmuş Krallığın top universitetləri sıralarına daxil olmuşdur.

Təhsil tə Tədqiqatda mükəmməllik

Fənn və mövzu sıralamasında Durham, “Times Higher Education Subject Rankings 2016-17”-a əsasən İncəsənət və Humanitariyada 29-cu və fizika elmlərində 23 pillə irəliləyərək 60-cı yerdə qərarlaşaraq təhsil və tədqiqatda öz gücünü göstərmişdir.  Universitetdə tədris olunan 7 xüsusi fənn də “QS World University Subject Rankings” s;ralamas;na görə top 50-dədir. Belə ki, Coğrafiya 3-cü və memarlıq isə 5-ci yerdə qərarlaşmişdir. Digər fənlərdən Antropologiya, Planet elmi, İngilis dili, Tarix və Hüquq da top 50-ə daxildir.

Global Təsir

Durham Universitetinin vitse-kansleri professor Stuart Corbridge demişdir:” Durhamın dünyanın aparıcı universitetlərin biri olması bizim tədqiqat və təhsildə təklif etdiyimiz təcrübənin mükəmməlliyini göstərir. Çox sevindirici haldır ki, QS sıralamasında sitat kateqoriyasında 3-cü pillədən 2-ə yüksəlməsi onu göstərir ki, Durham tədqiqatı global akademik ictimaiyyəti trəfindən yüksək qiymətləndirilir. Ümumi halda bu sıralama Durhamın global təsirini və daha yaxşı dünya yaratmaq yolundakı dəyişikliklərdə aparıcı rolunu göstərir.