Seçnenov adına Birinci Moskva Tibb Universiteti

Seçnenov adına Birinci Moskva Tibb Universiteti

Rusiyanın ən böyük tibbi, elmi kliniki kompleksinə sahib olan Seçnenov adına Birinci Moskva Tibb Universiteti Rusiyanın ən prestijli tibb universitetlərindən biridir. Universitetin strukturu 50 bina, 40 laboratoriya mərkəzi,7 tədqiqat institutu və 14 fakültədən ibarətdir. Universitet Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Fransa, Danimarka, İsveçdən olmaqla 20-dən çox universitet ilə əməkdaşlıq münasibətləri mövcuddur. Bunlardan başqa dünyanın bir sıra aparıcı beynəlxalq elmi, təhsil və tibb icmaları, müəssisələri və assosiasiyaları ilə partnyorluq edir. Seçnenov adına Birinci Moskva Tibb Universiteti TEMPUS IV, Erasmus, Tasis kimi global təhsil proqramlarının iştirakçısıdır. Universitetdə fəaliyyət göstərən professorların 140-a yaxını beynəlxalq elmi və professional icmaların, təşkilatların və assosiasiyaların üzvüdür. Hər il 200-ə yaxın professor və tələbə müxtəlif proqramlar çərçivəsində mütəmadi olaraq xarici universitetlərə göndərilir. Dünyanın 100-dən çox aparıcı mütəxəssisləri hər il universitetə dəvət olunurlar və onlar mühazirələr və seminarlar vasitəsilə tədris prosesinin keyfiyyətli şəkildə formalaşmasını təmin edirlər.

Əsas ixtisaslar bunlardır:

Ümumi tibb-(Rus dili və İngilis dili), Stomatologiya, Əczaçılıq

İllik təhsil haqqı-10 000$

Klinikal Rezidentura-4500-7000 

Əlavə məlumat: https://sechenov.ru/