Pyatiqorsk Tibbi Əczaçılıq İnstitutu

Pyatiqorsk Tibbi Əczaçılıq İnstitutu

1780-ci ildə salınmış Pyatiqorslk şəhəri Rusiyanın cənubunda Stavropol regionunda yerləşir. Şox zəngin təbiətə malik Pyatiqorskda yerləşən təbii resurslar tibb və əczaçılığın inkişafında olduqca böyük rol oynamışdır. Məhz belə bir ekoloji təmiz kurort bölgəsində Volqoqrad Dövlət Tibb Universitetinin bir qolu olan Pyatiqorsk Tibbi Əczaçılıq İnstitutu da yerləşir.

1943-cü ildə əsası qoyulan İnstitut Rusiyanın cənub regionunun ən qədim təhsil müəssisələrindən biridir.Uzun illərdir davam edən tədqiqat və elm fəaliyyəti çərçivəsində İnstitutu tibbi 20 mindən çox əczaçı məzun etmişdir. İllik olaraq isə 600 tələbə məzun olur ki, bunlardan hər doqquzuncusu fəxri diplomla təltif olunur.

Pyatiqorsk Tibbi Əczaçılıq İnstitutu Dünya Sağlamlıq Təşkilatına və UNESCO-nun universitetlər siyahısına daxildir. Institutun  təqdim etdiyi diplomlar dünyanın bütün ölkələri tərəfindən tanınır və Rusiyada tibbi təhsil almaq istəyən xarici vətəndaşlar arasında olduqca məşhurdur. İnstitut geniş təhsil proqramları çərçivəsində tibb sahəsi üçün çoxlu mütəxəssislər hazırlayır. İnstitutun professor və alimləri bu proqramların ərsəyə gəlməsində və fəaliyyət göstərməsində əvəzsiz töhvələr verməkdədir.

İnstitutun əsas prioritet istiqaməti tədqiqatdır. Burada 260-dan çox professor fəaliyyət göstəriri ki, onların 90%-i Elmlər Doktoru, Rusiya Federasiyasıın Fəxri Alimləri, Rusiya Federasiyasının İctimai Sağlamlıq Xidmətinin Fəxri Əməkdaşlarıdır. İnstitut alimlərinin ixtiraları və elmi nailiyyətləri universal olaraq beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınır. Odur ki, 2012-ci ildə Avropa Elm və Sənaye Palatası alimlərinin yüksək elmi nailiyyətlərinə görə İnstitutu medalla təltif etmişdir.

Pyatiqorsk Tibbi Əczaçılıq İnstitutu keyfiyyətli təhsil və komfortlu yaşayış üçün tələbələrə böyük imkanlar verir. Yüksək infrastruktur 2 akademik binadan, 4 tələbə yataqxanasından, müasir əczaçılıq təlim mərkəzlərindən, yenidən tikilmiş botanika bağından və idman imkanlrından ibarətdir.

İnstitutda təklif edilən ixtisaslar: Əczaçılıq ( rus və ya ingilis dillərində), Stomatologiya ( rus dili), Ümumi tibb (rus və inglis dilində), Tibbi biokimya ( Kliniki laboratoriya diaqnostikası), Klinik ordinatura, Doktorantura.

Təhsil haqqı- 3000 $

Əlavə məlumat: http://www.pmedpharm.ru/