Platov adına Cənubi Rusiya Dövlət Politexnik Universiteti

Platov adına Cənubi Rusiya Dövlət Politexnik Universiteti

1907-ci ildə əsası qoyulam Platov adına Cənubi Rusiya Dövlət Politexnik Universiteti Rusiyanın cənub regionunun ən qədim universitetlərindən biri kimi Geniş infrastrukturlar, material və texniki resursları ilə Universitet regionun ən önəmli təhsil müəssisəsidir. Uiversitet ölkənin ən yaxşı texniki universitetləri sirasındadır. Universitet çox yaxşı iqlimə malik, 210 il öncə Rusiyanın cənubunda salınmış Novoçerkask şəhərində yerləşir. Novoçerkask tələbə şəhəridir. Burada hər beşinci nəfər tələbədir və bu tələbələrin əksəriyyəti cənubun ən böyük universiteti olan Plato adına Cənubi Rusiya Politexnik Universitetində təhsil alır.

Hal-hazırda Universitetdə dünyanın 50 ölkəsindən 10 mindən çox tələbə təhsil almaqdadır. 100-dən çox təhsil proqramları və ixtisaslar 11 fakültədə birləşmişdir: Enerji Mühəndisliyi; Elektrik Mühəndisliyi; Geologiya, Mədən, Neft və Qaz; Sivil Mühəndisliyi; Agro-Sənaye; Mexanika; İnformasiya Texnologiyaları və Menecmenti; Sənaye mühəndisliyi və İnnovasiya elmləri; Fundamental Mühəndislik Təhsili İnstitutu. Tələbələr bu fakültələr üzrə bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil ala bilərlər.

Bütün tələbələr bərabər səviyyədə innovativ ixtiralarda iştirak etmək, tədqiqat işləri ilə məşğul olmaq və dövlət proqramlarının həyata keçirilməsində rol oynamaq imkanlarına sahibdirlər. Dədris prosesi çərçivəsində tələblər Rusiyanın bir sıra aparıcı neft, qaz, mədən mühəndislik, kimya mühəndislik, mexanika mühəndislik və b. müəssisələrində təcrübə keçirlər. Mövcudluğu ərzində universitetdən 150 mindən ço tələbə məzun olmuş və Rusiya və dünyanın öndəgedən şirkət və müəssisələrində çox önəmli vəzifələri icra edirlər.

Platov adına Cənubi Rusiya Dövlət Politexnik Universitetində təhsil alan xarici tələbələr Universitet kampusunda yerləşən çox komforlu tələbə yataqxanasından otaqlarla təmin olunurlar. Universitet Cənubi Federal Rayonunun ən böyük kitabxanasına malikdirş Tələbələr burada ənənəvi kitablar və elektron resurslardan yararlanmaq imkanına sahibdirlər.

İllik təhsil haqqı: 2700 $

Əlavə məlumat: http://www.novsu.ru/