Haqqımızda

Haqqımızda

Kaspi Global 2009-ci ildən Azərbaycanlı tələbələrin Xarici ölkələrdə təhsil alması üçün konsultasiya və sənədləşmə proseslərini həyata keçirən ölkənin ən öndəgedən xaricdə təhsil şirkətlərindən biridir.

Kaspi Global ABŞ, Böyük Britaniya, Avropa və Türkiyədə 100-dən artıq universitet və kolleclərlə əməkdaşlıq edir. Əməkdaşlıq etdiyimiz Universitetlərin əksəriyyəti ölkə və dünya reytinqində seçilən universitetlərdir. Biz təkcə tələbələrimizin xarici universitetlərə müraciətlərini və sənədləşmə proseslərini həyata keçirmirik, həmçinin, tələbənin öz qabiliyyət və potensialına uyğun ixtisas seçilməsinə köməklik göstəririk. Biz bu xidmətlərimizi “Mənim ixtisasım Mənim gələcəyim” şüarı altında ödənişsiz olaraq həyata keçiririk. Biz tələbələrimizə düzgün,tələb olunan və karyera imkanları həm ölkəmizdə həm də beynəlxalq arenada geniş olan ixtisaslar seçməyi məsləhət görürük.