XƏBƏRLƏR

Birləşmiş Krallıqda Yay Məktəbi

25.12.2017

Yay məktəbi

Biz Kaspi Global olaraq artıq 4 ildən artıqdır ki, orta məktəb tələbələri üçün Londonda qrup şəklində,  Birləşmiş Krallığın digər şəhərlərində individual olaraq yay məktəbləri təşkil edirik. Bu ənənəyə sadiq qalaraq biz Kaspi Global Xaricdə Təhsil şirkəti olaraq 2018-ci il yayında Orta məktəb tələbələri üçün Londonda növbəti Yay məktəbini təşkil edirik. 2018 Yay məktəbi proqramı haqqında ətraflı məlumatı sizlərə təqdim edirik.

Proqram tarixləri: 29 İyul-12 Avqust 2018

İngilis dili dərsləri

Gündə 3 saat olmaqla həftədə 15 saat keçilən proqram ümumilikdə 30 saat təşkil edilir. Şagirdlər ilk dərs günü səviyyə müəyyənləşdirmə imtahanında iştirak edəcəklər və hər bir tələbə ingilis dili səviyyəsinə uyğun olaraq qruplara bölünəcəkdir. Dərslərdə şagirdlər başqa ölkələrdən gələn şagirdlərlə birlikdə iştirak edirlər və hər sinifdə 12 şagird olur. Proqramın sonunda şagirdlər yenidən imtahan olunacaq və University of East London Summer School Proqramında iştirak etdikləri barədə Sertifikat təqdim olunur.

Accommodation

Yay məktəbinə qatılan tələbə University of East Londonun Tenza çayının sahilində yerləşən rəngarəng yataqxanasında 1 nəfərlik en-suit otaqlarda qalacaqlar. En-suit otaqlarda duş və tualetlər otağın içərisində yerləşir. Otaqda tələbənin rahatlığ üçün hər bir şərait mövcuddur.

Həmçinin, tələbələr yataqxananın camaşırxanasından da istifadə edə bilərlər.

Qız və oğlan tələbələrinin qaldıqları otaqlar adətən fərqli binalarda və ya fərqlo mərtəbələrdə olur. Kaspi Global göndərdiyi rəhbər müəllimlər 24 saat tələbələrlə birlikdədirlər.

Qiymət 

1900 GBP ( Fund Sterlinq)

Ödənişə daxil olan xidmətlər:

  1. Qeydiyyət
  2. Viza Rüsumu
  3. Dil kursu və Sertifikat
  4. 1 nəfərlik en-suit otaqlar
  5. Səhər, günorta və axşam yeməkləri
  6. Proqram müddətində professional rəhbər nəzarəti
  7. Havalimanında qarşılanma və yola salma
  8. Gündəlik nəqliyyat vasitələri
  9. Gəzintilər və ekskursiyalar

Not: Ödənişə Bakı-London-Bakı aviabileti daxil deyildir.

Kaspi Global olaraq bütün tləblərin vizalar alındıqdan sonra biz tələbələrimiz üçün korporativ biletlər təşkile edirik.

London Yay Məktəbi Proqramında iştirak üçün yaş aralığı: 11-16 yaş

Mərkəz: University of East London

Tarix: 29 İyul-12 Avqst 2018