XƏBƏRLƏR

Böyük Britaniyada Foundation proqramı

20.11.2017

Son illərdə Azərbaycanda tələbələrin üz tutduğu ölkələrdən biri də Böyük Britaniyadır. Bunun bir çox səbəbi var. Əsas səbəbləri kimi Britaniya təhsilinin dünyadakı səviyyəsi, universitetlərinin dünyanın ilk 100 universiteti arasında olması, diplomlarının beynəlxalq akkreditasiyası və məzunların qlobal karyera imkanları kimi səbəbləri göstərmək olar. Böyük Britaniyada bakalavr 3 il, magistr təhsili isə 1 il və ya 1 il yarım davam edir.

Azərbaycanlı tələbələr 11-ci sinifi bitirdikdən sonra 1 il Foundation (ixtisas hazırlığı kimi) təhsili alıb Bakalavr təhsilinə başlaya bilərlər. Britaniyada orta təhsil 12 il olduğu üçün azərbaycanlı tələbələrin 1 il Foundation təhsili alması mütləqdir. Foundation təhsili 3 və ya 4 term (rüb) ola bilər. Bu tələbənin İELTS göstəricisindən asılıdır. Adətən Foundation 3 term ( 9 ay) müddətində olur. Foundation proqramında adətən tələbələr 5 module (fənn) üzrə təhsil alırlar və daha sonra göürdükləri molullardan imtahan verirlər. İl sonunda GPA (Grade Point Avarage) müəyyənləşir və tələbələr topladıqları ballara görə Universitet seçimi edirlər.

Biz Kaspi Təhsil Şirkəti olaraq 40-dan çox Britaniya Universitetləri ilə Foundation proqramları üçün əməkdaşlıq edirik. Bunlar aşağıdakı universitetlərdir.

  • City University of London
  • Glasgow Caledonian University
  • Newcastle University
  • Newcastle University London
  • Queen’s University Belfast
  • University of East Anglia
  • University of Exeter
  • University of Gloucestershire
  • University of Stirling
  • Sheffield Hallam University
  • SOAS University of London
  • University of St Andrews
  • University College London
  • University of Westminster
  • Oxford Brookes University
  • Lansdowne College
  • London South Bank University
  • London Metropolitan University
  • Central College Nottingham
  • Chelsea Independent College
  • Coventry University
  • David Game College
  • De Montfort University
  • Bellerbys College
  • University of Buckingham
  • Brooke House College
  • University of London
  • University of London
  • Queen Mary University of London
  • University of London
  • Royal Veterinary College, University of London
  • The Courtauld Institute of Art, University of London

Foundation proqramlarına qəbul şərtləri və təhsil haqları?

Fundation proqramlarına qəbul ola bilmək üçün ən əsas şərt İELTS imtahanında minimum 5.5 ( writing 5.0) bal toplamaq və Attesta orta balının 4 olmasıdır. Foundation proqramlarında təhsil haqqı isə minimum 11000-maksimum 18000 funt sterlinq arası dəyişir.

Biz Kaspi olaraq əməkdaşlıq etdiyimiz universitetlərdə Foundation proqramlarıa göndərdiyimiz hər bir tələbə üçün təhsil haqqının müəyyən qədər endirimlər alırıq (təxminən 4000-5000 fund sterlinq).