XƏBƏRLƏR

Rusiyada Tibb Təhsili

17.11.2017

Rusiyada Tibb Təhsili

Son illərdə Azərbaycanlı tələbələrin ən çox seçdiyi ixtisaslardan biri də tibb sahəsidir. Hər bir tələbənin həyatında ən önəmli qərarlardan biri də gələcək peşəsini, ixtisasını seçməkdir. İxtisas seçimini doğru və düzgün etmək üçün isə ixtisaslarla, şəxsin öz bacarıq və bilikləri ilə çox yaxşı tanış olması mütləqdir. Biz Kaspi Global olaraq müxtəlif seminarlar və maarifləndirici görüşlər vasitəsilə orta məktəb tələbələrinə ixtisaslar, karyera imkanları barədə ətraflı məlumat veririk.

Tələbələrin bu sahəni seçməsinin müxtəlif səbəbləri var. Ən çox sadalanan səbəblərdən biri isə gələcək nəsillər üçün savadlı və vicdanlı həkim olmaqdır.

Tibb təhsili almaq üçün ən yaxşı ölkələr hansılardır?

Bildiyimiz kimi azərbaycanlı tələbələrin tibb təhsili almaq üçün daha Türkiyənin dövlət və özəl universitetlərini seçirlər. Hər iki seçimin özünəməxsus çətinlikləri vardır. Bu haqda Türkiyədə Tibb təhsili barəsində olan məqaləmizdə daha ətraflı məlumat ədə edə biləcəksiniz. Türkiyədən başqa qonşu Rusiya Federasiyasının universitetləri də tibb təhsili üçün idealdır. Belə ki, Rusiyada tibb təhsili bünövrəsini SSRİ təhsilindən aldığı üçün çox möhkəm əsaslara malikdir.

Biz Kaspi olaraq Rusiyanın 10-a yaxın dövlət universitetlərində tibb təhsili təklif edirik. Rusiyada tibb təhsili almağın nə kimi üstünlükləri var?

  • Siz universitetlərə heç bir imtahan olmadan, yəni sadəcə attestat ilə qəbul olaraq tibb təhsilinə yiyələnə bilərsiniz.
  • Təhsil haqqı baxımından da rusiya universitetləri münasibliyi ilə seçilir.
  • Yaşam xərcləri və yataqxana qiymətləri ilə Rusiya universitetləri ideal hesab edilə bilər.
  • Rus dili bilməyən tələbələr isə 1 il dil hazırlıq fakültəsində təhsil aldıqdan sonra Tibb təhsilinə başlaya bilərlər.
  • Rus dili ilə yanaşı İngilis dilində də Rusiya dövlət universitetlərində təhsil almaq mümkündür.

Rusiya dövlət universitetlərində attestatla tibb təhsili almaq üçün hansı göstəricilər tələb olunur?

Tələbələrdən əsas olaraq Rus dili biliyi, kimya, fizika və biologiya fənlərindən orta məktəb səviyyəsində biliklərin mənimsənilməsi tələb olunur.

Rusiyada attestatla tibb təhsili alan tələbələrin diplomları Azərbaycanda tanınırmı?

Bəli, diplomlar tanınır. Tələbə əyani olaraq təhsil alıbsa, bütün dərslərdə iştirak edib, imtahanlarını müvəffəqiyyətlə keçibsə və rus dili səviyyəsi akademik səviyyədədirsə diplomlar tanınır.

Son 3 ildə Türkiyə dövlət universitetlərində tibb fakültəsinə qəbul olmağın çətinliklərindən və imtahanlardan çox yüksək bal tələb olunmasından dolayı Rusiya dövlət universitetlərində attestatla tibb təhsili almağa üstünlük verirlər.

Rusiyada attestatla tibb təhsili barədə daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.