Danimarka

Danimarka

Şimali Avropa dövləti olan Danimarka Krallığı Avropanın və dünyanın inkişaf etmiş ölkələrindən biridir. Adam başına düşən gəlir və ÜDM-a görə ön sıralarda olan Danimarkada təhsil sistemi də ən yaxşılarındandır. Danimarka 1999-cu ildə Boloniya bəyannaməsini imzalayan 29 ölkədən biridir. Burada 17 dövlət universiteti, 17 universitet kolleci və 50 institut var. Danimarkanın nüfuzlu ali təhsil müəssisələri sırasında Kopenhagen, Cənubi Danimarka, Aolborq, Roskild universitetlərinin adlarını çəkmək olar. Bu universitetlər əsasən humanitar və təbiət elmləri sahəsində mütəxəssis hazırlayırlar. Ölkənin ən qədim ali təhsil müəssisələrindən biri Aarhhus Universiteti hesab edilir. 1928-ci ildə yaradılmış universitetdə 32000-dən artıq tələbə təhsil alır. Bu ali məktəb dünyanın ən yaxşı 100 universiteti siyahısındadır.

Avropada təhsil almaq istəyən əcnəbilər, o cümlədən, azərbaycanlılar Danimarka universitetlərində təklif olunan ingilis dilli proqramlara xüsusi maraq göstərirlər. Burada təhsil səviyyəsinin yüksək olması və beynəlxalq təhsil mühiti bu marağın əsas qaynaqlarındandır. Avropa Birliyinə üzv olan Danimarka ERASMUS ümumavropa tələbə mübadilə proqramında iştirak edir. Məhz bu proqram çərçivəsində Danimarka universitetlərində təhsil alan bütün tələbələr 1 və ya 2 semesterlik Avropanın digər universitetlərində təhsillərini davam etdirə bilərlər. 

http://www.wikiwand.com/en/Denmark

Universitetler

  • University of Copenhagen
    University of Copenhagen Danimarka
  • Denmark Texniki Universiteti
    Denmark Texniki Universiteti Danimarka
  • Orhus Universiteti
    Orhus Universiteti Danimarka