Almaniya

Almaniya

Azərbaycanlı gənclərin təhsil almaq üçün seçdiyi ölkələr sırasında Avropanın mərkəzində yerləşən və iqtisadi cəhətdən ən güclülərindən olan Almaniya Federativ Respublikası xüsusi fərqlənir. Almaniya təhsil sistemi özünəməxsusluğu ilə seçilir. Universitetlərin əksəriyyəti dövlət tərəfindən maliyələşdirildiyi üçün təhsil haqqı olduqca aşağıdır. Məhz bu səbəbdən burada təhsil almaq istəyən əcnəbilərin sayı artmaqdadır. Məhz bu səbəbdən onu vurğulamaq lazımdır ki, Almaniyada çox yüksək səviyyədə və eyni zamanda çox ucuz təhsil almaq mümkündür.Ancaq aşağı təhsil haqqı universitetlərə qəbul prosesinə təsir göstərərək qəbul şərtlərini ağırlaşdırır. Alman Universitetlərində ingilis dilində təhsil üçün lazım olan əsas tələblər İELTS 6.0-6.5 göstəricisi və əvvəlki təhsil pilləsində qiymətləndirmənin 80 %-dən az olmamasıdır. Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. 

Əlavə məlumat : http://www.wikiwand.com/en/Germany

Universitetler

  • Jacobs University
    Jacobs University Almaniya
  • İUBH (International University of Applied Sciences Bad Honnef )
    İUBH (International University of Applied Sciences Bad Honnef ) Almaniya
  • Munich Business School
    Munich Business School Almaniya
  • Avropa Biznes Məktəbi (Münhen)
    Avropa Biznes Məktəbi (Münhen) Almaniya