Belçika

Belçika

Belçika Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya, fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya və Brüssel paytaxt bölgələrinə bölünür.

Belçikada təhsil çox inkişaf etmişdir. Belçikada ali təhsilin Boloniya prosesinin prinsiplərinə uyğunlaşdırılması məqsədilə aparılan islahatlar bu sahədə ciddi dəyişikliklərə səbəb olub. Ölkənin 2003-cü ildə qəbul olunmuş Ali Təhsil Aktına əsasən ali təhsilin dərəcələri müəyyənləşdirilib. 2004-2005-ci tədris ilindən etibarən ali təhsildə bakalavriat, magistratura və doktorantura pillələri tətbiq edilməyə başlayıb. Ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti əsasən hökumət tərəfindən tənzimlənir və onların inkişafı üçün lazım olan tədbirlər həyata keçirilir. Odur ki, ali təhsil müəssisələri daha çox təşkilati müstəqilliyə malikdirlər. Bu müstəqillik maliyyə məsələlərində də özünü göstərir. Yüksək səviyyəli təhsil sistemi burada təhsil almaq istəyən əcnəbilərin sayını durmadan artırır. Azərbaycanlılar daha çox ingilis  dilində təklif olunan magistratura proqramlarına maraq göstərirlər. Bu proqramlar çərçivəsində bir sıra dünya səviyyəli mütəxəssislər və alimlər dəvət olunur və Belçika təhsil sisteminin inkişafı prosesinə cəlb olunurlar. 

Ətraflı : http://www.wikiwand.com/en/Belgium

Universitetler

  • KU Leuven-Catholic University of Leuven
    KU Leuven-Catholic University of Leuven Belçika
  • Ghent University
    Ghent University Belçika
  • Antwerp University
    Antwerp University Belçika
  • Liège University
    Liège University Belçika
  • Hasselt University
    Hasselt University Belçika