Avstriya

Avstriya

Avstriya və ya rəsmi adıyla Avstriya Respublikası Avropanın mərkəzində olan doqquz əyalətdən ibarət olan bir federasiyadır. Ölkənin paytaxtı və ən böyük şəhəri Vyanadır. Avstriya Avropa və dünyanın inkişaf etmiş ölkələrindən biri kimi əhalisinin yaşayış səviyyəsinə görə ön sıralardadır.  Burada oxuma- yazma nisbəti 1980-ci illərdən etibarən 99% ətrafındadır. Ölkədəki təhsil müəssisələri Avropanın ən köhnə təhsil təşkilatlarındandır. Vyana Universiteti 1365'də qurulmuşdur. Avstriyada ali təhsil müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər və digər ali məktəblər daxildir.  Avstriyada bütün universitetlər dövlət tərəfindən maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər dövlət qulluqçusu hesab olunurlar. Universitetlər federal büdcədən maliyyələşir. Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət göstərir.

Avstriya ali məktəblərində kifayət qədər əcnəbi tələbələr,o cümlədən,azərbaycanlılar da təhsil alır. Avstriyada fəaliyyət göstərən universitetlərdə bakalavr, magistratura və doktorantura dərəcələri üzrə proqramlar təklif olunmaqdadır. Avstriya universitetləri digər inkişaf etmiş ölkələrdə olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat qurumları hesab olunur. 2004-cü ildən universitetlərin hamısı elmi-tədqiqat işlərində və təhsil fəaliyyətlərində muxtar status qazanıb, tam müstəqil hüquqi qurum kimi fəaliyyət göstərirlər. 

Əlavə məlumat : http://www.wikiwand.com/en/Austria

Universitetler

  • University of Vienna
    University of Vienna Avstriya
  • University of Innsbruck
    University of Innsbruck Avstriya
  • Vienna University of Technology
    Vienna University of Technology Avstriya
  • International business school in Vienne
    International business school in Vienne Avstriya
  • Webster University
    Webster University Avstriya